Nailiyyətlərimiz

3 nömrəli məktəbin növbəti uğuruRespublika fənn olimpiadalarının rayon turunda 4 nəfər şagirdimiz uğurlu nəticə nümayiş edərək növbəti mərhələdə iştirak üçün vəsiqə qazanmışlar. Şagirdlərimizi ürəkdən təbrik edirik. 1. Leyli Məcidova Tahir qızı- Azərbaycan dili - IX sinif 2. Nihat Rəhimli Elgün oğlu - Azərbaycan dili - IX sinif 3. Gülnar Məmmədova Zaur qızı - Tarix - IX sinif 4. Rəvan Haqverdiyev Asəf oğlu -Riyaziyyat - IX sinif

FəxrlərimizÇox gözəl bir məlumatı sizinlə paylaşmaq istərdim. Öncə sualım var, bu gənci tanıyırsınızmı? Müəllim kamil insan yetişdirən bir yaradıcıdı. Kamil insan əsərinin ilk sətirləri ailədən yazılır. Demək ailə mükəmməldirsə, orada ədəb, təhsilə yararlılığı ilə seçilən əsl ləyaqətli valideynlər varsa, demək ki, əsərin müəllifi də möhtəşəm olmalıdır. Bizim məktəbin fəxr olunası gəncimizi daha yaxından tanıyaq və onu doğum günü münasibətilə kollektivimiz adından ürəkdən təbrik edək. Gəncimizin adı Elnurdu. Cəbiyev Elnur Uğur oğlu. 2016/2017- ci tədris ili üçün l ixtisas qrupu üzrə qəbul imtahanlarından yüksək bal toplamış məzunumuz. Uğurun oğlu Elnur 5 il müddətində BANM-ı uğurla bitirmiş və müraciət etdiyi xarici ali məktəblərdən 2-nə doktorantura səviyyəsinə qəbul olunub. Həmin ali məktəblər ABŞ məşhur universitetləridir. Elnur Cəbiyev doktorantura təhsilini ABŞ Auburn Universitetində " Kimya mühəndisliyi" ixtisası üzrə davam etdirmək qərarına gəlib. Uğurun oğlu Elnurun bu uğuru bizim də uğurumuzdur. Bu uğur ailəsinin və təhsil aldığı orta və ali məktəbinin birgə fəaliyyətinin nəticəsidir. Əminəm ki, Elnur nəinki Azərbaycanımızın, xarici ölkənin də təhsilini növbəti dəfə yüksək göstəricilərlə başa vuraraq ölkəmizin gələcək inkişafına dəyərli töhfələr verəcəkdir, daima öz fəaliyyətində doğma təhsil ocağımızın adını yüksəldəcəkdir. Elnur Uğur oğlunu doğum günü münasibətilə bir daha 3 nömrəli kollektiv adından təbrik edir, möhkəm cansağlığı və işlərində daima nailiyyətlər qazanmağı arzulayırıq. Hörmətlə, Əməkdar müəllim, məktəbin direktoru Almaz Həsrət

“Vətən Müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin qalibi“2 Fevral-Gənclər Günündə” Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şanlı Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin rayon turunda məktəbimizin 8 E sinif şagirdi Nuray Namazlı birinci yerin qalibi seçilib və diplomla təltif olunub. Başda məktəb rəhbərliyi olmaqla fənn müəllimlərini təbrik edirik. Uğurların daim olsun əziz şagirdimiz !

HAQQIMIZDA

Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir.  Bu müddət ərzində məktəbimiz bir sıra müvəffəqiyyətlərə imza atıb.  2009-cu və 2015-ci illər...

BİZİM FƏXRLƏRİMİZ

Murad Xəlilov Zaur

Xəyal Cabbarov Vəli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi