HAQQIMIZDA

Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir.  Bu müddət ərzində məktəbimiz bir sıra müvəffəqiyyətlərə imza atıb.  2009-cu və 2015-ci illər məktəbimiz üçün xüsusilə uğurlu il hesab etmək olar. Həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Ən yaxşı ümum təhsil məktəbi” müsabiqəsinin qalibi olub. Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2014-2015-ci tədris ilinin "Ən yaxşı ümum təhsil məktəbi" müəssisəsi adına layiq görülmüşdür.İkinci dəfə bu adın qazanılması bizə böyük sevinc bəxş etməklə yanaşı daha məsuliyyətlə,əzmlə işləməyə sövq etmişdir. Hazırda məktəbimizdə təhsil alan şagirdlərin sayı artıq 1352 nəfərə çatıb.

Təhsil ocağımızda müasir tələblərə cavab verən kimya və fizika fənləri üzrə laboratoriyalar, müasir tələblərə cavab verən idman zalı və hərbi kabinet, 3 informatika və 2 linqofon otağı, “Sağlam təhsil-sağlam millət” layihəsi əsasında hazırlanmış xüsusi sinif otağı, İKT avadanlığı ilə təmin olunmuş akt zalı, kitabxana, həkim otağı ilə yanaşı ulu öndər Heydər Əliyevin və şəhid Rüstəm Əliyevin həyat və fəaliyətini əks etdirən guşələr də fəaliyyət göstərir.Təhsildə yeni uğurlar qazanmaq məqsədi ilə dövlətimizin təhsil müəssisələrinə diqqəti yüksək səviyyədə özünü göstərməkdədir. Beləki, məktəbimizdə İKT avadanlıqları ilə təchiz olunmuş otaqlar, 13 ağıllı lövhə, 43 kompüter, 15 proyektor mövcuddur. Beləki, 2 günüuzadılmış və 4 məktəbə hazırlıq qrupları fəaliyyət göstərir. Pilot layihə əsasında I-IX siniflərdə rus dili intensiv tədris edilir.  Məktəbimiz 2015- 2016-cı ildə birinci siniflərdə “Sağlam təhsil - sağlam millət”, I-IX siniflərdə rus dili üzrə intensiv tədris,”Təhsilin təmayüllər üzrə təşkili ”, Məktəb İcma Qurumlarının məktəblərdə təşkili layihələrinə qoşulub. Hazırda şagirdlərin təhsili və təlim-tərbiyəsi ilə böyük potensiala malik 112 nəfərdən ibarət müəllim kollektivi məşğul olur. Kollektivin 92%-i ali təhsillidirlər. Direktorumuz Əməkdar müəllim Almaz xanım Həsrət və  biologiya müəllimi Gülnarə Musayevanın “Xarıbülbülün qərənfilə müjdəsi” adlı kitabı işıq üzü görüb.Həsənova Sevinc Mirzağa qızı fizika üzrə fəlsəfə doktoru, Möhbalıyeva Aidə Mehman qızı Respublikanın əməkdar müəllimi, Abbasov Ziyafət Sabir oğlu Təhsil Problemləri İnstitutunun dissertantıdır.Eyni zamanda 2023-cü ilin 150 "Örnək müəllimi" siyahısında Ziyafət Abbasovunda adı yer alıb. Müəllimimiz - biologiya müəllimi Elyazova Məhsəti Cəfər qızı TQDK-nın ekspert qrupunun üzvüdür. İ.Nəbiyeva kurikulum islahatının həyata keçirilməsi istiqamətində birbaşa mentorluq fəaliyyəti ilə yanaşı eyni zamanda dərsliklərin hazırlanmasında rəyçidir. Əliyeva Afət Nəriman qızı “ İlin ən yaxşı ” müəllimi adına layiq görülmüşdür.Məktəbimizin Təlim tərbiyə üzrə direktor müavini vəzifəsini icra edən Yaqut xanım Əzimzadə 2014-cü ildə Azərbaycan Respublikasının "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur.

Azərbaycan Respublikasının Əməkdar müəllimidir.

Son illər ərzində məktəbimizi bitirən istedadlı məzunların ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələr daha ürəkaçandır. Məktəbin məzunları Azərbaycan Respublikası ilə yanaşı Kanadanın, Böyük Britaniya və Şimali İrlandiya Krallığının, Rusiyanın, Polşanın, Türkiyənin, Koreyanın, Litvanın və digər dövlətlərin nüfuzlu universitetlərində təhsil alıblar. 2019-2020-cü tədris illərində məktəbimizi bitirən 43 məzundan 29 nəfəri tələbə adına layiq görülmüşlər ki, onlardan da 11 nəfəri 500-700 bal toplamışlar.Müəllimlərimiz şagirdlərin hərtərəfli inkişafına da qayğı ilə yanaşırlar. Bədən tərbiyəsi və fiziki hazırlığın möhkəmləndirilməsi, həmçinin yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində görülən işlərimiz də öz bəhrəsini verib. Dünyada və Respublika miqyasında keçirilən bir sıra yarışlarda şagirdlərimiz fəxri kürsünün pillələrində yer alıblar.

Məktəbdə "Əyləncəli riyaziyyat", "Doğma yurdu gəzə gəzə", "Diyarşünaslıq", "Qarabağın tarixi", "Azərbaycan tarixi", "Musiqi sevənlər" dərnəkləri vardır. Sabahın alimləri kiçik EA ,  2021-ci ildən STEAM fəaliyyət göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi