Nailiyyətlərimiz

"COCA-COLA MƏKTƏBLİ KUBOKU" İLK OYUNUNUN QALİBİ OLDUQ7-ci sinif şagirdləri arasında keçirilən futzal üzrə "Coca-cola Məktəbli Kuboku"nun  İlk oyunu keçirildi. Futzal üzrə keçirilən ilk oyun 283 nömrəli tam orta məktəbdə təşkil olunmuşdu. Bizim məktəbin komandası ev sahibi məktəblilərini  4-1 hesablı qələbə ilə yenərək növbəti mərhələləyə yüksəldi. Növbəti mərhələdə də qalib olmağa iddialı olan şagirdlərimiz əzmlə məşqlər edəcəyinə və qalib olacaqlarına söz verdilər. Uğurlar sizə əziz şagirdlərimiz. İdman müəllimlərimiz Fariz müəllim, Elxan müəllim və Nahid müəllimə məktəb kollektivi adından təşəkkürümüzü bildirirk. 

Respublika Turnirində I yerin qalibi olduq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Qobustan rayon Gənclər və İdman İdarəsinin Vətən Müharibəsi Qəhrəmanı  Elyar Vəliyev və Qobustan Rayon Şəhidlərinin xatirəsinə həsr olunmuş  yeniyetmələr, gənclər, qızlar və kişilər arasında Qocyu –Ryo Okinava Karate-Do və Kabude –Kempo İdman növləri üzrə 16-17 aprel 2022-ci il tarixində keçirilmiş açıq  Respublika Turnirində  məktəbimizin VI sinif şagirdi Məlikov Məhəmməd I yerin qalibi olduğu üçün Diplomla təltif olunmuşdur.    Məhəmmədi bu qalibiyyət münasibətilə təbrik edirik. Uğurun davamlı olsun. 

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş esse yazı müsabiqəsinin qalibi olduqBakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı esse yazı müsabiqəsinin rayon turu başa çatdı. 32 məktəb üzrə təqdim olunan 103 yazı işindən 8-i yekun mərhələyə keçdi. Rayon turunun sonuncu mərhələsinə vəsiqə qazananlardan biri məktəbimizin 9 e sinif şagirdi Leyla Melikova oldu. 27 Sentyabr-“Anım günü”- Qəhrəmanlar unudulmur adlı təqdimatı ilə çıxış edən qızımız Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmana layiq görüldü. Afərin, Leyla. Təbrik edirik!

HAQQIMIZDA

Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir.  Bu müddət ərzində məktəbimiz bir sıra müvəffəqiyyətlərə imza atıb.  2009-cu və 2015-ci illər...

BİZİM FƏXRLƏRİMİZ

Ərəstun Məlikzadə Rövşən

Aysun Xosrovlu Mansur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi