1-2 mart 2019-cu il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Azərbaycan WKC Karate DO Federasiyasının birgə təşkil etdiyi uşaqlar, yeniyetmələr və gənclər arasında açıq Bakı birinciliyində məktəbimizin 1”Ç” sinif şagirdi Əliəkbər Zeynallı I yerə layiq görülərək Diplom və medalla təltif olunmuşdur.
Tarixən xalqımız öz igidləri, say-seçmə oğulları ilə fəxr edib, öyünüb. Belə oğullar bu gün də aramızdadır və öz uğurları ilə millətimizi dünyada tanıdır.
Nəzərli Murad da belə oğullardandır. Artıq biz onun qələbələrinə o qədər alışmışıq ki, hər oyunda ondan medal gözləyirik. IX sinifdə oxuyan Murad bu dəfə Qaydasız döyüş üzrə keçirilən Dünya Çempionatının gümüş medalına sahib çıxıb. Ümid edirik ki, onu Olimpiya çempionu kimi Azərbaycan bayrağını və himnini səmalara ucaldan bir idmançı kimi görəcəyik.