“Elimizə bahar gəlir, xonçalı Novruz gəlir!”

Yenə də yamyaşıl geyinir dağlar ,

Göz kimi durulur  ayna bulaqlar .

Əriyir güneylər döşündəki qar,

Yağış da isladır o göy çəməni

Təbiət ilhama çağırır məni!

    Qış ilə yay arasında qərarlaşan, hamının sevimlisidir Bahar.  Dünən  axşam elimiz, obamız baharın sonuncu çərşənbəsini  bayram etdi, tonqallar qalandı.  Bahar yenilik, yeni başlanğıcdır. Məktəbimizin ibtidai sinif müəllimi Xatirə Məmmədova rəhbərlik etdiyi 3”A” sinif şagirdləri ilə “Elimizə bahar gəlir, xonçalı Novruz gəlir!” adlı tədbir keçirdi. Tədbirdə Novruzun ən gözəl atributlarından olan Keçəl ilə Kosanın oyunu, Bahar qızının gəlişi, uşaqların söylədikləri şeirlər, haxıştalar yumurta döyüşü, və səhnəciklər marağa səbəb oldu. Novruzun dörd çərşənbəsi haqqında geniş danışan körpə fidanlar rəqsləri ilə də sevindirdilər. Sonda sinif rəhbəri qeyd etdi ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı insanın, təbiətin, həyatın və dünyanın yaradılışı ilə bağlıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi