“Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun–Milli Qurtuluş Günüdür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün–15 iyun tariximizin ən parlaq səhifələrindən biridir. Məktəblərdə hər il olduğu kimi bu il də 15 İyun–Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilir. İbtidai sinif müəllimi Pərvanə Kərimova rəhbərlik etdiyi 4 a və 0 a sinif şagirdlərinin iştirakı ilə bu günə həsr olunmuş “Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir təşkil etdi. Tədbirdə şagirdlər hazırladıqları rəqsləri, şeirləri, səhnəciklərı nümayiş elətdirdilər. Balaca fidanların çıxışlari böyük maraq və sevinclə alqışlandı.Tədbirə məktəbin direktoru Dadaş Əliyev, TTİ üzrə direktor müavini Bəsti Nəsibova, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Arzu Əliyeva, müəllimlər və valideynlər dəvət edilmişdilər. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək bu maraqlı tədbir üçün iştirakçılara öz təşəkkürünü bildirdi.