“Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılığı və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” mövzusunda tədbir

    Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanımqız Muxtarovanın təşkilatçılığı və 5 b, 5 ğ sinif şagirdlərinin iştirakı ilə “Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılığı və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə şagirdlərə azərbaycançılıq məfkurəsinin tarixi mərhələləri və milli ideologiyaya çevrilməsi haqda məlumat verilib. Bildirilib ki, Ümumilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında misilsiz xidmətlər göstərib. Onun dövründə azərbaycançılıq ideologiyası siyasi və mədəni elitanın düşüncə sərhədlərini aşaraq praktiki olaraq ümum-Azərbaycan ideologiyasına çevrilmə imkanı əldə edib.

    "Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılığı və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” tədbirində fəal iştirakına görə şagirdlərə sertifikatlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi