"Türk Dünyasının Bəxtiyarı" adlı şeir müsabiqəsi

Milli dəyərlərə hörmət hər birimizin borcudur. B.Vahabzadə yaradıcılığı da xalqımızın əvəzsiz dəyərlərindəndir. Bu böyük söz ustadının 100 illiyi münasibətilə müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi "Türk Dünyasının Bəxtiyarı" adlı şeir müsabiqəsidir. Məktəbimizin şeir və bədii söz vurğunları: 8a sinif şagirdi Ələkbərova Rüqəyya və 6c sinif şagirdi Rəhimova Nuray da müsabiqəyə qatılmışlar. Çıxışları ilə münsiflərin diqqətini çəkən qızlar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Uğurlar, gözəl və istedadlı qızlarımız. Ruhunuz daim şeir təravətli olsun.