Kiçik Akademiya

"Kiçik Akademiya təqdimatları" adlı konfrans23.05.2023-cü tarixində "Kiçik Akademiya təqdimatları" adlı rayon konfrans keçirildi. Suraxanı rayonu üzrə mərkəz olaraq 101 nömrəli tam orta məktəb götürüldü. Kiçik Akademiyanın fəaliyyətində olan hər bir məktəb hazırladıqları təqdimatları ilə çıxış etdilər. Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın fizika bölməsinin üzvü 8 b sinif şagirdi Akif Teymurov "Alternativ enerji" mövzusunda təqdimatı ilə çıxış etdi. Təqdimatlar I,II,III yer üzrə seçildi.

Ətraflı

"Saytlara yeni baxış" adlı təqdimatMəktəblərdə fəaliyyət ğöstərən Kiçik Akademiyalarda uşaqların yaradıcılıq imkanlarını əks etdirən müxtəlif layihələr təqdim olunur. Belə layihələrdə müasir texnologiyanın imkanlarından səmərəli istifadə daim diqqət mərkəzindədir. Kiçik Akademiyada müntəzəm olaraq, yeniliklərlə dolu, müasir dövrün aktual sahələrində tətbiq olunacaq layihələr təqdim və müzakirə olunur. Bu dəfəki layihəni 10 b sinif şagirdi Həsən Əlizadə hazırlamışdı. "Saytlara yeni baxış" adlı təqdimat müasir texnologiyanın imkanlarından istifadə etməklə Təhsil Nazirliyi və məktəbin saytlarına müəllifin yeni baxışı ilə fərqlənirdi. Akademiya rəhbəri və üzvləri layihə ilə bağlı fikir mübadiləsi edərək onun müsbət və mənfi tərəfini açmaya çalışırdılar. Ümumilikdə, layihə bəyinilərək yeni axtarışlar ümidi ilə yekunlaşdı.

Ətraflı

Bakı Mühəndislik Universitetinə (BMU) ekskursiya    Məktəbin “Kiçik akademiya”sının üzvlərindən bir qrup şagird və müəllim heyəti Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar. Öncə məktəblilərə gənc ali təhsil ocağı olan BMU-nun müasir infrastruktura malik maddi-texniki bazası, burada tədris olunan ixtisasların karyera seçimində və əmək bazarındakı üstünlükləri, tələbələrin asudə vaxtlarının təşkili üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat verilib. Universitet nəzdində çoxsaylı laboratoriyaların mövcudluğu və iş prinsipləri haqqında da geniş məlumatlandırılan şagirdlər Biologiya laboratoriyası, Kompüter laboratoriyası, Elektronika və İKT laboratoriyası, Fizika laboratoriyası, Kimya və kimya mühəndisliyi laboratoriyası ilə yaxından tanış olublar. Sonra şagirdlər BMU-nun zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan kitabxanasını gəziblər. Ekskursiya çərçivəsində məktəblilər üçün “İmtahanlara  necə hazırlaşmaq lazımdır” mövzusunda seminar da təşkil edilib. Seminarda mövzu ilə bağlı zəruri informasiyalar verilib, həmçinin şagirdlər düzgün ixtisas seçimi ilə bağlı  istiqamətləndirilib. Ekskursiya məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Ətraflı

"Nizami dünyası" adlı virtual müsabiqəDünya şöhrətli söz ustası Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlərdən biri də "Nizami dünyası" adlı virtual müsabiqədir. Məktəbimizin Kiçik Akademiya üzvi 10"Ç" sinif şagirdi Sultanova Aydan Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşənin rəhbərliyi ilə müsabiqənin finalında iştirak etmək hüququ qazanmışdır. Ümidvarıq ki, Aydan öz qələbəsi ilə məktəbimizin adını şərəflə ucaldacaq. Uğurlar, Aydan.

Ətraflı

"Kiçik Akademiya"üzvlərinin tanınmış elm və təhsil adamları ilə görüşlərinin təşkiliKiçik Akademiyanın fəaliyyət planına əsasən respublikanın ali məktəb ocaqlarının tanınmış adamları və təhsil işçiləri ilə Teams platforması üzərindən görüş keçirildi. "Kiçik Akademiya"ların məqsədi ümumtəhsil məktəblərində şagirdlərin elmi və yaradıcılıq axtarışları, tədqiqat bacarıqlarının inkişaf etdirilməsi mövzusunda keçirilirdi. Kiçik Akademiyamız fəaliyyətində əməkdaşlığa LDU, BMU, ADSNU, ADPU ali məktəblərdən tövsiyə və təkliflər olundu. İnanıram ki, bu tövsiyə və təkliflər sayəsində Kiçik Akademiyamızda qeyd etdiyim ali məktəblərin və tanınmış təhsil işçilərinin öz töhvəsi olacaq və sabahın alimləri yetişəcək. Tədbirdə iştirak edən Tanınmış təhsil işçiləri. 1. Aysel Balasultan qızı Şeydayeva -ADPU-nun Quba filialının Tərbiyə işləri üzrə direktor müavini, ADPU-nun doktorantı, RİİB-in -inkluziv təhsil üzrə təlimçisi, YAP Quba rayon İdarə heyətinin üzvü, 50-ə yaxın elmi və publisistik məqalənin müəllifi. 2. LDU. Sosial məsələlər üzrə prorektor K. Kazımov. Filologiya elmləri dosenti 3.BMU. Ümumi fənlər kafedrası - baş müəllim A. İbrahimov 4. BMU - Azərbaycan dili və ədəbiyyatı kafedra müdiri E. Ağayev 5. ADPU - Zülfiyyə Vəliyeva Respublikanın Əməkdar Müəllimi, ADPU-nin EMT: Tətbiqi tədqiqatlar bölməsinin elmi işçisi. 6. ADSNU - 2019-cu ildən ADNSU Əcnəbi tələbələr üzrə fakultənin dekan müavini. 7. 281 nömrəli tam orta məktəbin direktoru və müavinlər, Kiçik Akademiyanın prezidenti, üzv olan müəllimlər və şagirdlər.

Ətraflı

C.Məmmədquluzadə əsərlərinin müzakirəsiAzərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist, publisist, nasir, dramaturq, ictimai xadim kimi tanınan Cəlil Məmmədquluzadə əsrləri milli və ümumbəşəri dəyərləri əks etdirən dilinin şirinliyi, xəlqiliyi ilə bu gün də aktualdır və sevilə-sevilə oxunur. Xüsusən  onun hekayə janrında olan əsərlərini hər yaşda olan insanlar oxuyur. Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqova 6”E” sinif şagirdləri ilə C.Məmmədquluzadə əsərlərinin müzakirəsini keçirtdi. Şagirdlər hekayələrdə təsvir olunan hadisələr, obrazlar haqqında müstəqil fikir söylədilər, təqdimatlarla çıxış etdilər və hekayələr əsasında çəkilmiş filmlərdən fraqmentlərə baxdılar. Bütün müsəlman şərqində ilk satirik jurnal olan “ Molla Nəsrəddin” Cəlil Məmmədquluzadənin ən böyük əsəridir.”Sizi deyib gəlmişəm...” deyən müəllif cəmiyyətin inkişafına mane olan hər şeyə qarşı cıxır, onu xalqın dili ilə tənqid edirdi. Bu gün “Molla Nəsrəddin” in balaca tədqiqatçıları da jurnalda öz əksini tapmış msələlərə münasibət bildirərək bu səhifələri yenidən birləşdirib günümüzə gətirdilər.

Ətraflı

Ey Nəsimi, sözün tutdu cahanı...” Ey kitab içində həqqi axtaran,        Nöqtə xətlərindən uzaq qalırsan.      Dürr üçün dənizin dibinə baş vur,      Ördəktək su üstdə üzmə heç zaman.                                                                 Nəsimi             Artıq bir neçə aydır ki, məktəbimizin 10 “Ç” sinif şagirdləri “Ey Nəsimi sözün tutdu cahanı...”  şüarı altında Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Flora Osmanovanın məsləhəti və dəstəyi ilə Nəsimi yaradıcılığını araşdırmaq, öyrənmək üçün səylə çalışırlar. Ədəbiyyat aşiqi olan şagirdlərimiz topladıqları məlumatları, dahi şairin əsərlərini oxuduqca gəldikləri qənaətləri bildirmək üçün bir neçə dəfə toplaşmış fikirlərini bölüşmüş, məruzələrlə çıxış etmişlər. Məsələn: İsazadə Şəhla “Nəsiminin İraq divanı”, Əlizadə Zeynəb “Nəsimi yaradıcılığında əxlaq”, Əlizadə Məryəm “Nəsimi yaradıcılığında haqqa qovuşmağın yolları”, Adıgözəlova Leyla “Nəsimi lirikasının başlıca mövzu obyekti”  və s.             Nəsimi kimi dərin fəlsəfi fikirləri tərənnüm edən bir şairin yaradıcılığını, sufi-hürufi simvollarını, rəqəm-hərf rebuslarını  anlamaq  üçün alimlərimizin –  klassik ədəbiyyat bilicilərinin şərhinə, fikirlərinə daim ehtiyac olub. Bu səbəbdən də dekabrın 4-də ədəbiyyatşünas  alim filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasovla bir daha görüş keçirildi. Görüşdə şagirdlərin müxtəlif sualları fonunda ( Ağamalıyeva Aydan: “Hamımız bilirik ki, Nəsimi Şamaxıda anadan olub. Yaradıcılığında Şiraz, Hələb və digər yerlərin adları öz əksini tapsa da, nə üçün doğma yurdunnu əsərlərində anmayıb?”, Hüseynova Sevinc: “Nəsimi yaradıcılığını araşdırarkən Hafiz Şirazinin adına rast gəldim. Sizcə, Hafiz Şirazinin Nəsimi ilə nə əlaqəsi olmşdur?”, Əlizadə Zeynəb: “Cahanı tərk edib, keçdim cahandan, Cahan oldum, cahan oldum cahandan” beytinin şərhini eşitmək istərdik”  və s.)  Vərağa müəllim Nəsimi yaradıcılığı haqqında geniş məlumat verdi. Onun hərtərəfli şərhləri, özünəməxsus fikirləri şagirdlərdə olduqca böyük maraq doğurdu. Sonda vurğulandı ki, Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması  müəllim və şagirdlərimizi, ədəbiyyatşünaslarımızı –  ümumiyyətlə, hər kəsi şairlərimizin yaradıcılığı ilə tanış olmağa, öyrənməyə daha çox sövq etmişdir. Klassik irsimizin təbliği istiqamətində görülən hər iş Azərbaycanın sabahına xidmətdir. Buna görə də bu iş bir şairin yaradıcılığı ilə tanışlıqdan daha böyük əhəmiyyət kəsb edir. Klassik ədəbiyyatın ölməzliyi, əhəmiyyəti dövrümüzə hansı mənəvi dəyərləri ünvanlaması, cəmiyyətimizə nə verəcəyi ilə şərtlənir. Bu baxımdan “İnsan bu hüsnü lütf ilə gövhər degilmidir?!” deyən  Nəsimi  bəşər tarixində insan mənəviyyatını formalaşdıran ədəbiyyatın, mədəniyyətin zirvəsində dayanan mütəfəkkirlərdən biri olaraq qalacaq.

Ətraflı

“Nəsimi ili” ilə əlaqədar “Dəyirmi masa”Mayın 15-də Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə böyük şair İ.Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar “Dəyirmi masa” keçirildi. Əvvəlcə Kiçik Akademiyanın üzvləri dahi şairin yaradıcılığı ilə bağlı hazırladıqları təqdimatları və slaydları təqdim etdilər. Sonra isə məktəbin 8”F” sinif şagirdləri şairin qəzəllərindən nümunələr söylədilər. Ədəbiyyat müəllimi Gülçöhrə Əliyeva şairin məhəbbət mövzusunda yazdığı şeirlərdən danışaraq Nəsiminin yaradıcılığının Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm mərhələ olduğunu qeyd etdi.

Ətraflı

Kiçik AkademiyaV.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2015-ci il tarixdən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz VI-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində tarix-filologiya fizika, riyaziyyat ,kimya-biologiya bölmələri fəaliyyət göstərir. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Sentyabr - oktyabr ayları ərzində VI-XI sinif şagirdlərinin meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər bolmənin öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunub. Məktəb Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir:  Bölmə rəhbərləri:  Tarix-filologiya - Flora Osmanova  Riyaziyyat - Mehriban Musayeva  Fizika - İradə Mahmudova  Kimya-biologiya- Bəsti Alıyeva  Prezident - Aytac Xudiyeva (11a)  Vitse prezident - Məryəm Əlizadə(9c)  Rəyasət heyəti:  Tarix - filologiya bölməsi üzrə: Aydan Ağamalıyeva (9c) Ağazadə Məhəmməd(7ə)  Riyaziyyat bölməsi üzrə: Ülviyyə İsmayılova (8ç) Elnur Əliyev (7ə)  Fizika bölməsi üzrə: Yusif Məmmədov 8(ç)  Kimya-biologiya bölməsi üzrə Nilufər Bağırova (10b) Gülbahar İsmayılova (9a)

Ətraflı
HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Alim Balaşlı Kərəm

Aysel Balabəyova Vəlibaba

HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Alim Balaşlı Kərəm

Aysel Balabəyova Vəlibaba

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi