"Saytlara yeni baxış" adlı təqdimat

Məktəblərdə fəaliyyət ğöstərən Kiçik Akademiyalarda uşaqların yaradıcılıq imkanlarını əks etdirən müxtəlif layihələr təqdim olunur. Belə layihələrdə müasir texnologiyanın imkanlarından səmərəli istifadə daim diqqət mərkəzindədir. Kiçik Akademiyada müntəzəm olaraq, yeniliklərlə dolu, müasir dövrün aktual sahələrində tətbiq olunacaq layihələr təqdim və müzakirə olunur. Bu dəfəki layihəni 10 b sinif şagirdi Həsən Əlizadə hazırlamışdı. "Saytlara yeni baxış" adlı təqdimat müasir texnologiyanın imkanlarından istifadə etməklə Təhsil Nazirliyi və məktəbin saytlarına müəllifin yeni baxışı ilə fərqlənirdi. Akademiya rəhbəri və üzvləri layihə ilə bağlı fikir mübadiləsi edərək onun müsbət və mənfi tərəfini açmaya çalışırdılar. Ümumilikdə, layihə bəyinilərək yeni axtarışlar ümidi ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi