Kiçik Akademiya

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2015-ci il tarixdən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz VI-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində tarix-filologiya fizika, riyaziyyat ,kimya-biologiya bölmələri fəaliyyət göstərir. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Sentyabr - oktyabr ayları ərzində VI-XI sinif şagirdlərinin meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər bolmənin öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunub. Məktəb Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir:  Bölmə rəhbərləri:  Tarix-filologiya - Flora Osmanova  Riyaziyyat - Mehriban Musayeva  Fizika - İradə Mahmudova  Kimya-biologiya- Bəsti Alıyeva  Prezident - Aytac Xudiyeva (11a)  Vitse prezident - Məryəm Əlizadə(9c)  Rəyasət heyəti:  Tarix - filologiya bölməsi üzrə: Aydan Ağamalıyeva (9c) Ağazadə Məhəmməd(7ə)  Riyaziyyat bölməsi üzrə: Ülviyyə İsmayılova (8ç) Elnur Əliyev (7ə)  Fizika bölməsi üzrə: Yusif Məmmədov 8(ç)  Kimya-biologiya bölməsi üzrə Nilufər Bağırova (10b) Gülbahar İsmayılova (9a)
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi