Bakı Mühəndislik Universitetinə (BMU) ekskursiya

    Məktəbin “Kiçik akademiya”sının üzvlərindən bir qrup şagird və müəllim heyəti Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar. Öncə məktəblilərə gənc ali təhsil ocağı olan BMU-nun müasir infrastruktura malik maddi-texniki bazası, burada tədris olunan ixtisasların karyera seçimində və əmək bazarındakı üstünlükləri, tələbələrin asudə vaxtlarının təşkili üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat verilib. Universitet nəzdində çoxsaylı laboratoriyaların mövcudluğu və iş prinsipləri haqqında da geniş məlumatlandırılan şagirdlər Biologiya laboratoriyası, Kompüter laboratoriyası, Elektronika və İKT laboratoriyası, Fizika laboratoriyası, Kimya və kimya mühəndisliyi laboratoriyası ilə yaxından tanış olublar. Sonra şagirdlər BMU-nun zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan kitabxanasını gəziblər. Ekskursiya çərçivəsində məktəblilər üçün “İmtahanlara  necə hazırlaşmaq lazımdır” mövzusunda seminar da təşkil edilib. Seminarda mövzu ilə bağlı zəruri informasiyalar verilib, həmçinin şagirdlər düzgün ixtisas seçimi ilə bağlı  istiqamətləndirilib. Ekskursiya məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi