"Kiçik Akademiya"üzvlərinin tanınmış elm və təhsil adamları ilə görüşlərinin təşkili

Kiçik Akademiyanın fəaliyyət planına əsasən respublikanın ali məktəb ocaqlarının tanınmış adamları və təhsil işçiləri ilə Teams platforması üzərindən görüş keçirildi. "Kiçik Akademiya"ların məqsədi ümumtəhsil məktəblərində şagirdlərin elmi və yaradıcılıq axtarışları, tədqiqat bacarıqlarının inkişaf etdirilməsi mövzusunda keçirilirdi. Kiçik Akademiyamız fəaliyyətində əməkdaşlığa LDU, BMU, ADSNU, ADPU ali məktəblərdən tövsiyə və təkliflər olundu. İnanıram ki, bu tövsiyə və təkliflər sayəsində Kiçik Akademiyamızda qeyd etdiyim ali məktəblərin və tanınmış təhsil işçilərinin öz töhvəsi olacaq və sabahın alimləri yetişəcək. Tədbirdə iştirak edən Tanınmış təhsil işçiləri. 1. Aysel Balasultan qızı Şeydayeva -ADPU-nun Quba filialının Tərbiyə işləri üzrə direktor müavini, ADPU-nun doktorantı, RİİB-in -inkluziv təhsil üzrə təlimçisi, YAP Quba rayon İdarə heyətinin üzvü, 50-ə yaxın elmi və publisistik məqalənin müəllifi. 2. LDU. Sosial məsələlər üzrə prorektor K. Kazımov. Filologiya elmləri dosenti 3.BMU. Ümumi fənlər kafedrası - baş müəllim A. İbrahimov 4. BMU - Azərbaycan dili və ədəbiyyatı kafedra müdiri E. Ağayev 5. ADPU - Zülfiyyə Vəliyeva Respublikanın Əməkdar Müəllimi, ADPU-nin EMT: Tətbiqi tədqiqatlar bölməsinin elmi işçisi. 6. ADSNU - 2019-cu ildən ADNSU Əcnəbi tələbələr üzrə fakultənin dekan müavini. 7. 281 nömrəli tam orta məktəbin direktoru və müavinlər, Kiçik Akademiyanın prezidenti, üzv olan müəllimlər və şagirdlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi