HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət göstərir. Şagird tutumu 1776 nəfərdir. Hal-hazırda məktəbdə 3280 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 154 müəllim məşğul olur. Siniflərdə şagirdlərin orta sıxlığı 29.3nəfərdir. Şagird-müəllim nisbəti 1:22,81-dir. Məktəbin əsas binası 2013-cü ildə əsaslı təmir olunub, 30 sinif otağından ibarət 600 yerlik əlavə korpus tikilmişdir. Məktəbdə bütün tarixi günlərlə bağlı yüksək səviyyəli tədbirlər keçirilir. Müəllim və şagirdlərimiz məktəbin və rayonun ictimai işlərində fəal iştirak edirlər. Müəllimlər dərslərini günün tələbləri səviyyəsində qururlar. Şagirdlər dəfələrlə “Şahin” hərbi-idman oyununda qalibi olmuşlar. Məktəbin foyesində Milli Qəhrəmanlara,Ramil Səfərova (Ramil Səfərov 2016-ci ildə məktəbdə keçirilən tədbirdə şəxsən iştirak etmişdir) aid guşələr və "Azərbaycançılıq" ideologiyasının təbliği ilə, "Qızıl nişan" alanlarla bağlı "Şərəf lövhəsi" vardır. Məktəb hər il adını daşıdığı şəhid Vaqif Mirzəliyevin ad gününü qeyd edir, onun ailəsi ilə sıx əlaqə saxlayır. Məktəbin fəaliyyəti dövründə məzunlar Ələkbərov Rəşad Akif oğlu və Babayev Azad Əbdül oğlu Prezident təqaüdünə layiq görülmüşlər.. 2022-2023-ci tədris ilində ümumi təhsil üzrə 13 nəfər, tam orta təhsil üzrə 6 nəfər şagird "Fərqlənmə attestatı"na layiq görülmüşdür.   RFO-da 2 nəfər şagirdimiz İsmayılov Polad Baxış oğlu II yerə, Qurbanlı Murad Rəşad oğlu III yerə,“Qarabağı tanıt” təqdimat müsabiqəsində 8-ci  sinif şagirdi Tağıyev Tahir I yerə layiq görülmüşdür “Yaradıcı müəllim-inkişaf edək, etdirək”müsabiqəsində coğrafiya müəllimi Ağayeva Gülşən Zakir qızı “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi