“Novruzda Aşıq Ələsgər ruhu” adlı ədəbi-bədii tədbir

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanımqız Muxtarovanın təşkilatçılığı və 5 ğ sinif şagirdlərinin iştirakı ilə “Novruzda Aşıq Ələsgər ruhu” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə şagirdlərə Aşıq Ələsgərin yaradıcılığı barədə geniş məlumat verildi.
Bədii hissədə isə uşaqlar Aşıq Ələsgərin şeirlərini səsləndirdilər, sözlərinə yazılmış mahnılar ifa etdilər. Şagirdlər Novruz xonçası ətrafında bu bayramın mahiyyəti, ideyası, adət-ənənələri barədə məlumatları bir-birləri ilə bölüşdülər.