Sağlam həyat tərzi və sağlam qidalanma

Sağlam həyat tərzi hər bir insanın öz sağlamlığını yaxşılaşdırmağa, xəstəliklərdən uzaq keyfiyyətli həyat qurmağa yönəlmiş yaşam formasıdır. Sağlam həyat tərzi zərərli vərdişlərdən imtina, sağlam qidalanma, fiziki aktivlik, psixi sağlamlığın möhkəmləndirilməsi və sağlamlığın möhkəmləndirilməsi üzrə digər tədbirləri əhatə edir. Bu məqsədlə məktəbin biologiya müəllimi Hüseynova Samirə VIII sinif şagirdləri ilə maarifləndirici söhbət apardı. Sağlam həyat tərzi vərdişlərinin gənc yaşlarda formalaşdırılmasının vacib olduğunu vurğuladı.