"Gəldi Bahar bayramı "adlı tədbir

Novruz bayramı baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala -qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Bu münasibətlə sinif rəhbəri Kərimova Pərvanənin təşkilatçılığı ilə 4a sinfi "Gəldi Bahar bayramı "adlı tədbir keçirtdi.Tədbirdə Novruz bayramının adət -ənənələri ,çərşənbələr haqqında məlumatlar verildi, Kosa və Keçəl obrazları, qızların ifasında "Səməni" və "Arşın mal alan" rəqsi öz əksini tapdı.