Məktəbin pedaqoji kollektivi ilə korrupsiya mövzusunda iclas keçirildi.

Ölkəmizdə təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam edir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar arasında təhsil sahəsinin inkişafına yönələn dövlət proqramları və layihələrin həyata keçirilməsi də mühüm yer tutur. Bu yöndə təhsil müəssisələrində bir sıra maarifləndirici tədbirlər, layihələr keçirilir, monitorinqlər aparılır. Həyata keçirilən layihələr şagirdlərə bilik verməklə yanaşı, onlarda korrupsiyaya dair düşüncələrində mənfi fikirlər formalaşdırmaqdır. Korrupsiyanın insanın şəxsiyyətinin, əxlaqi-mənəvi dəyərlərin, etik davranışların zədələnməsində rolu böyükdür və buna görə də şagirdlərə bunu aşılamaq məqsədilə müxtəlif üsullardan istifadə edilir.
Bu məqsədlə 19.03.2025-ci il tarixində məktəbin pedaqoji kollektivi ilə korrupsiya və rüşvətxorluq mövzusunda görüş keçirildi.