”Azərbaycan Respublikasınin ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” adlı esse müsabiqəsi

Respublika Prezidentinin Sərəncamı ilə 2025-ci il” Konstitusiya və Suverenlik ili” elan edilmişdir. Bununla bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Belə layihələrdən biri də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən ”Azərbaycan Respublikasınin ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” adlı esse müsabiqəsidir.
Bu gün müsabiqənin məktəb mərhələsi keçirildi. Müsabiqə 2 yaş qrupu üzrə 7-8 aşağı və 9-10 yuxarı yaş qrupu üzrə keçirildi. Müsabiqənin keçirilməsində məqsəd dövlətimiz və onun suverenliyi uşaqların bədii dilində necə əks olunduğunu bilmək və istedadlı şagirdlərin üzə çıxmağını təmin etməkdir. İştirakçıların yazısı müəllimlərdən təşkil edilmiş komissiya tərəfindən yoxlanılaraq ən yaxşıları növbəti mərhələyə keçdi. Uğurlar olsun, gənc yazarlar.