Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək

             Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.

Vətən, ata-ana, el-oba, yurd yeri, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü çəkmək, vətənpərvərlik, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlər, unudulmaz inam və inanclarımız, nəhayət,  müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır. Vətənpərvərlik xalqımızın qan yaddaşıdır. Zaman ötsə də,  bu böyük, bəşəri hisslər millətimizin, xalqımızın həyatında həmişə başlıca meyar olmuş, bir xarakter kimi formalaşmış, nəsillərin fəaliyyətinin fövqündə dayanmışdır. Birinci Qarabağ müharibəsi böyük güclərin rəvac verdiyi, dəstəklədiyi, əməli və konkret köməklik göstərdiyi düşmənlərimizin dədə-baba torpaqlarımızı işğal etməsi minlərlə vətən oğullarını ayağa qaldırdı. Güclü dövlətlərin iştirakı ilə aparılan işğalçılıq müharibəsi xalqımızın qəhrəmanlıq tarixində yüzlərin, minlərin şücaəti, qeyrətli nümunələrilə yaddaşlara həkk olundu. Bu gün də Vətən oğulları Qarabağın azad edilməsi üçün orduda böyük qürur hissilə xidmət edirlər. Zaman, tarix, Azərbaycan xalqının vətənpərvərlik ənənələri bəzi insanlara dərs olmalıdır. Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Heydər Əliyev Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət edirdi. Milli dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissi yaşamasını isə tolerantlığın bariz təzahürü hesab edirdi. Əslində, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var.

7 dekabr 2017-ci il tarixində məktəbimizin kitabxanasında IX-XI sinif şagirdləri ilə “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Sadiqova, kitabxana müdiri Kifayət Hüseynova, psixoloq Ruhiyyə Kərimova iştirak edirdilər. Onlar öz çıxışlarında bildirdilər ki, milli-mənəvi dəyərlərimiz şagirdlər üçün çox önəmlidir, onları qorumaq və təbliğ etmək lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi