Metodbirləşmə rəhbərləri ilə treninq

Məktəbdə direktor müavini Rəhimə Hüseynovanın rəhbərliyi ilə metodbirləşmə rəhbərlərinin iştirakı ilə növbəti treninq keçirilib. Treninqin mövzusu “Qaydaları və prosedurları (üsulları) necə tətbiq etməli” olub.

Tədbirin əsas məqsədi pedaqoji prosesdə tətbiq olunan qayda və prosedurların mahiyyətini izah etmək, onların düzgün və məqsədyönlü şəkildə həyata keçirilməsi yollarını müzakirə etmək olub. Treninq zamanı müasir təlim metodları, məktəbdaxili sənədləşmə qaydaları və pedaqoji prosesin effektiv təşkili ilə bağlı praktik nümunələr üzərində fikir mübadiləsi aparılıb.

Müəllimlər öz təcrübələrini bölüşüb, qarşılaşdıqları çətinliklər və onların həlli yolları barədə fikir bildiriblər. Səmərəli keçən treninq əməkdaşlıq və peşəkar inkişaf baxımından əhəmiyyətli olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi