“Heydər Əliyev – Zəfər Yolunun Memarı!” adlı dəyirmi masa

Məktəbdə tarix müəllimi Aysel Əhmədovanın təşkilatçılığı ilə 6Ç sinfində dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan maraqlı və əhəmiyyətli bir dəyirmi masa keçirilib.

Tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini bir daha xatırlamaq, onun zəngin dövlətçilik irsini şagirdlərə aşılamaq və gələcək nəsillərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə töhfə vermək idi.

Dəyirmi masada məktəbin direktoru Anar Mustafazadə, direktor müavini Zahidə Əhmədova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli, UBTR-i Aybəniz Əliyeva və 6Ç sinfinin sinif rəhbəri Ceyran Həsənova iştirak ediblər.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, siyasi fəaliyyətinin müxtəlif mərhələləri və Azərbaycanın inkişafında oynadığı əvəzsiz roldan bəhs ediblər. Şagirdlər dahi liderin həyat və fəaliyyətinə dair maraqlı məlumatlar təqdim ediblər.

Bu cür tədbirlər şagirdlərdə tarixi şəxsiyyətlərə olan marağı artırmaqla yanaşı, onların vətənə, dövlətə bağlı və məsuliyyətli bir fərd kimi formalaşmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi