"Azərbaycan – Təbiətin möcüzəsi” adlı diskussiya

Məktəbin tədbirlər planına uyğun olaraq “7-dən 17-yə vətənpərvər” layihəsi çərçivəsində maraqlı bir diskussiya-dərs təşkil olunub.

Coğrafiya müəllimi Şəhla Müzəffərovanın təqdimatında baş tutan “Azərbaycan – Təbiətin möcüzəsi” adlı diskussiya zamanı şagirdlər ölkəmizin füsunkar təbiəti, zəngin landşaftı və qorunan əraziləri haqqında ətraflı məlumat əldə ediblər. Tədbir şagirdlərdə həm vətənə sevgi, həm də ekoloji dəyərlərə həssas yanaşma hissini gücləndirməyə xidmət edib.

Diskussiya zamanı şagirdlər suallar veriblər, fikir mübadiləsi aparıblar və Azərbaycanın təbiət incilərinə daha yaxından bələd olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi