“Qarabağ – Qalib Ruhun Ünvanı” adlı şagirdlərin əl işlərindən ibarət sərgi

Məktəbdə tədbirlər planına uyğun olaraq “7-dən 17-yə vətənpərvər” layihəsi çərçivəsində tədbir keçirilib. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimlinin təşəbbüsü, UBTR-i Aybəniz Əliyevanın və təsviri incəsənət müəllimi Zərifə Məmmədovanın dəstəyi ilə “Qarabağ – Qalib Ruhun Ünvanı” adlı şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.

Sərgidə şagirdlərimiz Qarabağ zəfərinə həsr olunan əl işləri ilə Vətənə olan sevgi və qürurlarını ifadə ediblər. Bu gözəl tədbir şagirdlərdə vətənpərvərlik hisslərinin daha da möhkəmlənməsinə töhfə verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi