Metodbirləşmə rəhbərləri ilə iclas

Məktəbin direktoru Anar Mustafazadənin rəhbərliyi ilə metodbirləşmə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

İclas zamanı əsas müzakirə mövzuları kimi Kiçik Summativ Qiymətləndirmə (KSQ) və Böyük Summativ Qiymətləndirmələrin (BSQ) hazırlanması, təşkili və keçirilməsi ilə bağlı məsələlər gündəmə gətirilib.

Direktor Anar Mustafazadə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və qiymətləndirmə prosesinin düzgün təşkili ilə bağlı konkret göstəriş və tapşırıqlar verib.

İclas qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçılar təklif və iradlarını bildiriblər. Məqsəd – təhsildə keyfiyyətin artırılması və hər bir şagirdin potensialının üzə çıxarılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi