Maarifləndirici görüş

12.05.2025 – 13.05.2025-ci il tarixlərində məktəbin psixoloqu Ruhiyyə Kərimova tərəfindən 4-cü sinif şagirdləri (rus və azərbaycan bölməsi üzrə) ilə maarifləndirici görüşlər təşkil olunub.

Görüşlərin məqsədi şagirdlərdə monitorinq imtahanı öncəsi yaranan həyəcan və stressin azaldılması, onların psixoloji hazırlıq səviyyəsinin gücləndirilməsi olub. Sessiyalar zamanı şagirdlərlə rahatlaşdırıcı nəfəs texnikaları, müsbət düşüncə və özünəinamı artıran psixoloji üsullar paylaşılıb.

Görüşlər zamanı şagirdlərin fikirləri dinlənilib və emosional vəziyyətlərini ifadə etməyə şərait yaradılıb. Bu cür dəstək tədbirləri şagirdlərin imtahanlara daha pozitiv yanaşmasına kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi