Əliyeva Ramilə Tofiq qızı 1980-cı ildə Bakı şəhərində anadan olub. 1987 –ci ildə 195 №li məktəbin 1-ci sinfinə daxil olub,1997-ci ildə həmin məktəbi bitirib. 1997-ci ildə Gəncə şəhəri Məişət xidməti Kollecinə daxil olub,2000-ci ildə bitirib. Həmin ildən 195 №li məktəbdə ibtidai sinif müəllimliyi ixtisası üzrə işə başlayıb.
Nəsirova Gülsüm Kamran qızı 1964-cü il fevralın 13-də Laçın rayonu, Zabux kəndində müəllim ailəsində anadan olub.1970-1980-ci illərdə Bərdə şəhərində orta məktəbi bitirib. 1982-1984-cü illərdə Şuşa şəhərində “Şuşa Mədəni Maarif” texnikumunu “Qırmızı Diplomla” bitirib. 1994-cü ildən 195№li məktəbdə ibtidai sinif müəllimi işləyir.
Nəcəfli Səbirə Nadir qızı 1973-cü il iyulun 28-də Hacıqabul rayonunun Navahi kəndində anadan olub. 1989-cü ildə Bakı şəhəri Yasamal rayonu, 176 №li orta məktəbi bitirib. Həmin ildə də Azərbaycan Texniki Universitetinə daxil olub.Ali təhsilini bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını bitirərək, İbtidai sinif müəllimi ixtisasına yiyələnib. 2002-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbdə İbtidai sinif müəllimi işləyir.
Nəcəfzadə Elnarə Elman qızı 1973-cü il 9 iyunda Tərtər şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi 222 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 1990-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib. 1991-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsinə daxil olub. 1996-cı ildə həmin fakultəni bitirib. 1996-cı ildən Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi Y.Əliyev adına 195 saylı tam orta məktəbdə Fizika müəllimi vəzifəsində çalışır.
Əlaqəli xəbərlər
Fizika fənnindən "Açıq dərs"
Fizika fənnindən "Açıq dərs"
Şəfiyeva Səfurə Sərvər qızı 1986-cı ildə Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə Qaradağ rayonu Qobustan qəsəbəsindəki Y.Əliyev adına 195 saylı tam orta məktəbdə təhsil alıb. 2004-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 2009-cu ildə həmin universiteti bitirib, Qaradağ rayonu Qobustan qəsəbəsindəki Y.Əliyev adına 195 saylı tam orta məktəbdə informatika müəllimi işləməyə başlayıb.
Məcnunova Aysel Ağababa qızı 13 fevral 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbin I sinfinə daxil olub. 2010-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib, Azərbaycan Dövlət Pedoqoji Kollecinə daxil olub. 2014-cü ildə həmin kolleci bitirib. 2015-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbdə İbtidai sinif müəllimi kimi işləyir.
Soltanlı Rəmziyyə Sehran qızı 08.05.1988-ci il tarixində Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Azad Rzayev adına 223 saylı tam orta məktəbə daxil olub. 2006-cı ildə həmin məktəbi bitirib Bakı Dövlət Universitetinin “Mexanika-Riyaziyyat” fakultəsinə daxil olub, “Riyaziyyat” ixtisasına yiyələnib. 2017-ci ildə MİQ-in keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində Qaradağ rayonunda yerləşən Y.Əliyev adına 195 saylı tam orta məktəbə işə qəbul olub. Hal-hazırda həmin məktəbdə Riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirir.
Əlaqəli xəbərlər
Adi və onluq kəsrlər mövzusunda “Açıq dərs” keçirildi
Dadaşova Şəhla Rəhimağa qızı 1993-ci il Bakı şəhərində anadan olub. 2000-ci ildə Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə I sinfinə daxil olub,2011-ci ildə 321№li tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinə qəbul olub, 2016-cı ildə həmin universiteti bitirib. 2017-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi işə başlayıb.
Aliyeva Arzu Vüqar qızı 18 may 1993-cü ildə Şamaxı şəhərində anadan olub. 2000-ci ildə 9№li məktəbin I sinfinə qəbul olub. 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin ibtidai təhsilin pedaqogika və metodikası fakültəsinə daxil olub. 2016-cı ildə həmin universiteti bitirib. 2016-cı ildə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsindəki 105 №li tam orta məktəbdə İbtidai sinif müəllimi kimi işləyib. 2017-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbdə İbtidai sinif müəllimi kimi işləyir.
Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi