Hacıyeva Nigar Tofiq qızı. 22.10.1992 tarixində Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi N.Qurban adına 288 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. 2010-cu ildə həmin məktəbi bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə ödənişsiz əsaslarla qəbul olub . 2014-cü ildə universiteti bitirib , həmin il Qafqaz Universitetinin magistratura pilləsində təhsilini davam etdirib. 2016-cı ildə universiteti bitirib. 2020-ci ildə MİQ imtahanında iştirak edərək Bakı şəhəri Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə işə qəbul olub. Hal-hazırda məktəbimizdə müəllimlik fəaliyyətini davam etdirir.
Həsənova Gözəl Qaraoğlan qızı 1993-cü il 12 sentyabr Bakı şəhəri, Qobustan qəsəbəsində anadan olub. 2000-2008-ci illərdə Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 saylı tam orta məktəbdə, 2009-2011 ci illərdə isə qəsəbədəki 321 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dili və ədəbiyyatı ixtisasına daxıl olub. 2015 ci ildə həmin institutu bitirib. 2017- 2019 cu illərdə Y. Əliyev adına 195 saylı tam orta məktəbdə Azərbaycan Dili və ədəbiyyat müəllimi işələyib. 2019-2020-ci ildə özəl kurslarda dərs deyib. 2020-ci ildən MİQ imtahanı ilə yenidən Y. Əliyev adına 195 saylı tam orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.
İsrafilova Ayşən Elşad qızı 1990-cı ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuşdur.1996-2007-ci illərdə Xırdalan şəhəri 4 nömrəli tam orta məktəbdə təhsil alıb.2007-2012 -ci illərdə Sumqayıt Dövlət Universitetinin biologiya fakultəsində təhsil alıb.2019-cu ildən Qaradağ rayonu Qobustan qəsəbəsi Y.Əliyev adına 195 nömrəli tam orta məktəbdə biologiya müəllimi işləyir.
Vahidova Elnarə Sehran qızı 17.01.1991-cı ildə Göyçay rayonunda anadan olub. 1997 ci il Göyçay rayonu Bığır kənd Əli Əfəndi adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. 2008-ci ildə məktəbi bitirib. Həmin il Odlar Yurdu Universitetinin "Tətbiqi riyaziyyat" fakultəsinə daxil olub. 2012-ci ildə Universiteti bitirib. 2016-cı ildə MİQ imtahanında iştirak edib Ağdaş r.Yenicə kənd R.Allahyarov adına məktəbdə informatika müəllimi işləyib. 2017-ci il Yerdəyişmədə iştirak edib iş yerini Hacıqabul r. Navahi qəs.F.Həsənov adına 1 nömrəli tam orta məktəblə dəyişmiş və yenidən MİQ imtahanında iştirak edərək 2021-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə inormatika müəllimi işləyir.
Ələsgərova Leyla Mirzəməmməd qızı 1971-ci ildə yanvarın 18-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. 1978-ci ildə 195 saylı məktəbin I sinfinə qəbul olub,1988-ci ildə həmin məktəbi bitirib. 1989-cu ildə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutununa qəbul olub və 1994-cü ildə ali məktəbi bitirib. Hal-hazırda 195 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyir.
Əliyeva Arzu Mahmud qızı 1983-cü il noyabrın 23-də Bakı şəhərində anadan olub.1990-cı ildə Lökbatan qəsəbəsi S.Məhərrəmov adına 106 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.2000-ci ildə həmin məktəbi bitirib.2000-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.2004-cu ildə universiteti bitirib N.Qurban adına 288 saylı tam orta məktəbə riyaziyyat müəllimi təyin olub.2009-cu ildə Bakı Slavyan Universitetinə magistratura pilləsinə qəbul olub.2011-ci ildə magistraturanı fərqlənmə diplomuyla bitirib.Hal-hazırda Yusif Əliyev adına 195№ li tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Alcanova Yeganə Mahir qızı 1983-cü il Şirvan şəhərində anadan olub. 1990-cü ildə I sinfə daxil olub, 2000-ci ildə həmin məktəbi bitirib. 2002-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub. 2007-ci ildə universiteti bitirib. Eyni ildə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsindəki Y.Əliyev adına 195 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyir.
Nəcəfova Leyla Vyaçeslav qızı 1986-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Səxavət Məhərrəmov adına 106 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub, 2004-cü ildə həmin məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə ödənişsiz əsaslarla qəbul olub. 2008-ci ildən təhsilini qiyabi şöbədə davam etdirmiş. 2009-cu ildə universiteti bitirib. 2011-ci ildə MİQ-də iştirak edərək Bakı şəhəri Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbə azərbaycan dili və ədəbiyyat ixtisası üzrə işə qəbul olub. Hal-hazırda məktəbimizdə müəllimlik fəaliyyətini davam etdirir.
Əlaqəli xəbərlər
Zamanın idarə olunması
Şamilova Pəri Əli qızı 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 129 saylı məktəbin 1-ci sinfinə daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə qəbul olub. 2011-ci ildən Qobustan qəsəbəsindəki Y.Əliyev adına 195 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyir.
Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi