Məmmədova Güllər Tahir qızı 1961-ci il mayın 27-də Neftçala rayon, Böyük Oriyat kəndində anadan olub. 1968-ci ildə Neftçala şəhər 3№li orta məktəbin 1-ci sinfinə daxil olub, 1978-ci ildə həmin məktəbi bitirib. 1979-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub, 1983-cü ildə həmin universiteti bitirib.Təyinatla Neftçala rayon Bankə qəsəbə 1№li orta məktəbdə riyaziyyat müəllimi işləyib. 1987-ci ildən Qaradağ rayonu Qobustan qəsəbəsindəki Y.Əliyev adına 195 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Əlaqəli xəbərlər
Riyaziyyat fənnindən "Açıq dərs"
Zeynalova Bahar Rövşən qızı 1984-cü il 12 sentyabr tarixində Bakı şəhərində anadan olub.1991-ci ildə Ələt qəsəbəsindəki 25 saylı dəmiryol orta məktəbində 1-ci sinfə daxil olub.2001-ci ildə həmin məktəbi bitirib.2002-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsi,riyaziyyat ixtisasına daxil olub,2006-ci ildə isə bitirib.2007-ci il 19 fevraldan Yusif Əliyev adına 195№li tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Əlaqəli xəbərlər
Riyaziyyat aylığı davam edir
Teymurov Vasif Yusif oğlu 27.12.1972-ci ildə Salyan rayonunun Qızılburun kəndində anadan olub. 1990-cı ildə Hacıqabul rayonu Atbulaq kənd orta məktəbin XI sinfini bitirib. 1990-1995-ci illərdə ADPU-nun Riyaziyyat fakultəsində təhsil alıb, Riyaziyyat-fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illər Hacıqabul rayonu, Qızılburun kənd orta məktəbində, 2000-2011-ci illər Hacıqabul rayonu Pirsaat qəsəbə tam orta məktəbində Riyaziyyat-fizika müəllimi kimi çalışıb. 2011-ci ildən 195 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
1988-1993-cü illər Azərbaycan Dövlət Texniki Universitetini bitirmişəm. 1993-2000-ci illər Hacıqabul rayonu "Uşaq Yaradıcılıq Birliyində " dərnək rəhbəri vəzifəsində daimi işçi, Hacıqabul ray. Rəncbər kənd orta məktəbində "İnformatika" müəllimi vəzifəsində əvəzedici işçi kimi fəaliyyat göstərmişəm. 2003-2004-cü illərdə Bakı şəh. Pedoqoji kadrların İxisasartırma və Yenidən hazırlanma İnistutunun "İnformatika və riyaziyyat" ixtisası üzrə müəllimlik diplomu almışam. 2004-cü il sentyabrdan Qobustan qəs. Yusif Əliyev adına 195№-li tam orta məktəbində informatika və riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışam.
Qəniyeva Nisə Gülhüseyn qızı 15 mart 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə 195 №-li məktəbin 1-ci sinfinə qəbul olub. 2004-cü ildə Bakı Sənaye Pedaqoji texnikomuna daxil olub və fərqlənmə diplomu ilə bitirib.1 noyabr 2007-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №-li məktəbdə İngilis dili müəllimi kimi işləyir.
Şərbətova Sevda Qərib qızı 1965-ci il martın 29-da Bakı şəhərində anadan olub.1972-ci ildə Qaradağ rayonu Qobustan qəsəbəsi 223 № li orta məktəbin 1-ci sinfinə daxil olub və1982-ci ildə həmin məktəbi bitirib.1983-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub,1988-ci ildə həmin institutu bitirib.1988-ci ildən Qaradağ rayonu Qobustan qəsəbəsi Yusif Əliyev adına 195№ li tam orta məktəbdə ingilis dili müəllimi işləyir.
Eyyubova Təzəgül Əvəz qızı 1969-cu il may ayının 7-də anadan olub.Orta məktəbi bitirdikdən sonra SSRİ-nin 50 illiyi Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub.1991-ci il institutu bitirib Şamaxı rayonu Çöl-Göylər kəndində ingilis dili müəllimi işləyib.1 il fəaliyyətdən sonra 195 № li məktəbdə işləməyə başlayıb.
Məhərrəmova Yeganə Akif qızı 1984-cü ildə Qaradağ rayonu Qobustan qəsəsbəsində anadan olub.1991-ci ildə Qaradağ rayonu Yusif Əliyev adına 195№ li tam orta məktəbin 1-ci sinfinə daxil olub.2001-ci ildə həmin məktəbi bitirib.Həmin ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olub,2006-cı ildə ali məktəbi bitirib.2007-ci ildə Qaradağ rayonu Qobustan qəsəbəsindəki Yusif Əliyev adına 195№ li tam orta məktəbində işə qəbul olub.Hal-hazırda həmin məktəbdə işləyir.
Soltanov Qədim Şirsoltan oğlu 1980-ci il 8 iyun tarixində Qobustan rayonu Ərəbqədim kəndində anadan olub. 1987-ci il Qobustan rayonu Ərəbqədim kənd orta məktəbinə daxil olub. 1997-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix fakültəsinə daxil olub. 2001-ci ildə həmin universeti bitirib.2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2002-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Yusif Əliyev adına 195№li tam orta məktəbdə tarix müəllimi işləyir.
Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi