Abdullayeva Həcər Zakir qızı 28 iyul 1999-cu ildə Yevlax şəhərində anadan olub. 2016-cı ildə Yevlax şəhərində 7 saylı tam orta məktəbi bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin -Biologiya fakültəsnə daxil olub. 2020-ci ildə universiteti bitirib. 2020-ci ildə Kəlbəcər rayon 116 nömrəli məktəbdə müəllim işləyib. 2021-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə biologiya müəllimi işləyir.
Miriyeva Gülnar Faiq qızı 1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhərindəki 34 nömrəli məktəbin 1 –ci sinfinə daxil olub, 2015-ci ildə 33 nömrəli məktəbi bitirib. Həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakultəsinin rus-dili müəllimliyi ixtisasına qəbul olub. 2019-cu ildə ali təhsili bitirib. 2019-cu ildə İmişli rayon Çahar kənd məktəbində rus dili müəllimi işləyib. 2021-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə rus dili müəllimi işləyir.
Dadaşova Zinyət Qüdrət qızı 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-ci ildə Qaradağ rayonu 273 saylı orta məktəbə 1 -ci sinfinə daxil olub. 2015-ci ildə Hacıqabul rayon Pirsaat qəsəbə tam orta məktəbi bitirib. 2015-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimi ixtisasına qəbul olub. 2020-ci ildən 2021-ci ilə kimi Hacıqabul rayonu Kürçülü kənd orta məktəbində ingilis dili müəllimi işləyib. 2021-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə ingilis dili müəllimi işləyir.
Əliyeva Xəyalə Natiq qızı 1995-ci ildə Ağcabədi rayonunda anadan olub. 2012-ci ildə Ağcabədi rayon Ş.Hüseynov adına 2 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Xəzər Universitetinin Kimya və biologiya müəllimliyi ixtisasına daxil olub. 2017-ci ildə bitirib. 2017-ci ildən 2021-ci ilə kimi Ağcabədi rayon Kəbirli kənd , M.Ə.Sabir adına tam orta məktəbdə kimya-biologiya müəllimi işləyib. 2021-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə kimya müəllimi işləyir.
Həsənova Səmayə Əzim qızı 1999-cu ildə Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsində anadan olub. 2005-ci ildə Bakı şəhəri, Qaradağ rayonu 273 № li tam orta məktəbə daxil olmuş və 2016-cı ildə bitirib. 2020-cı ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin Fizika müəllimliyi ixtisasını bitirib. 2021-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə fizika müəllimi işləyir.
Güləliyeva Əfsanə Elçin qızı 1985-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində anadan olub. 1993-2004-cü illərdə Qobustan qəsəbəsi A.Rzayev adına 223 № li tam orta məktəbi bitirib. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi və Təsviri İncəsənət fakültəsnə daxil olub. 2020-ci ildə bitirib. . 2021-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə rəsm müəllimi işləyir.
Axundova Yasəmən Heydər qızı 1991- ci ildə Naxçıvan MR- da anadan olub.1997- 2008 - ci ildə ümumi təhsilini Səbail rayonu ,Badamdar qəs.236 saylı tam orta məktəbdə başa vurub.2008-2013 cu ildə Azərbaycan Müəllimlər İnstitutunda İbtidai sinif müəllimi ixtisasında təhsil alıb . 2010-2014 - ci illərdə " Koroğlu " MMC də maliyyəçi operator ,2014-2015 ci illərdə " Harada.az" MMC- də kontent menecer olaraq çalışıb. 2020- çi ildən Bakı şəh.Qaradag rayonu,Y.Əliyev adına 195 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq çalışır.
Cabbarova Aysel Sahib qizi 1997- ci il Şamaxi rayonunda anadan olub.2005 -ci ildə Binəqədi rayonu 6 sayli tam orta məktəbində 1-ci sinfə daxil olub.2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ibtidai sinif müəllimi ixtisasina qəbul olub. 2019-cu ildə Haciqabul rayonu A.Baxşəliyev adina Şorabaçi kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyib. 2020-ci ildən Baki şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Y.Əliyev adina 195 N-li tam orta məktəbində ibtidai sinif müəllimi işləyir.
Ağababayeva Şəfa Hamlet qızı1990-ci ildəMasıllı rayon Şərəfə kəndində anadan olmuşdur.1996-2007 ci illərdə həmin kənddə orta məktəbdə təhsil alıb.2007-2011 ci illərdə BDU,tarix fakultəsində bakalavr təhsili,2019-2021 ci illərdə AU yeni və ən yeni dövr Azərbaycan tarixi magistr təhsili alıb.2019 cu ildən 195 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyir.
Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi