Məmmədova Çinarə Rafael qızı 1993-cü il avqustun 2-də Gəncə şəhərində anadan olub. 1999-cu ildə Yusif Əliyev adına 195№li tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2008-ci ildə 9-cu sinfi bitirib, həmin il Bakı Pedoqoji Kollecinə daxil olub. 2014-cü ildən Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbdə İbtidai sinif müəllimi işləyir.
İsmayılova Jalə Fətulla qızı 1983-ci il dekabrın 4-də Bakı şəhərində anadan olub. 1991-ci ildə Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə I sinfə gedib.2001-ci ildə həmin məktəbi bitirib. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin ibtidai təhsilin pedoqogika və metodikası fakültəsinə daxil olub. 2007-ci ildə həmin universiteti bitirib. 2007-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi işləyir.
Abdullayeva Xavər İbrahim qızı 1982-ci ildə Laçın rayonunda anadan olub. 1988-ci ildə Laçın rayonunda 1-ci sinfə gedib. 1999-cu ildə 7 saylı tam orta məktəbi bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinə daxil olub. 2003-cü ildə oranı bitirib Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 294 saylı tam orta məktəbdə Coğrafiya müəllimi işləyib. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2004-cü il 1 dekabr tarixindən Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Y.Əliyev adına 195 saylı tam orta məktəbdə işləyir.
Allahverdiyeva Sevinc Novruz qızı 17 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub, 2007-ci ildə həmin məktəbi bitirib. 2007-2012-ci illər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Filologiya” fakultəsində bakalavr təhsili, 2013-2016-cı illərdə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və Ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr təhsili alıb.2018-ci ildən 195 №-li məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətini davam etdirir.
Məmmədova Natavan Tahir qızı 1974-cü il avqustun 27-də Bakı şəhərində anadan olub.1982-ci ildə 195№ li məktəbin 1-ci sinfinə daxil olub.1990-cı ildə natamam orta məktəbi bitirib,həmin ildə 223№ li məktəbdə təhsilini davam etdirib.1992-ci ildə orta məktəbi bitirib.1994-cü ildə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinə qəbul olub,1998-ci ildə həmin universiteti bitirib.2001-ci ilin yanvar ayında Yusif Əliyev adına 195№ li orta məktəbə Coğrafiya müəllimi vəzifəsinə işə başlayıb.
Şıxıyeva Kəmalə İlham qızı 1987-ci il dekabrın 5-də Mingəçevir şəhərində anadan olub. Orta təhsilini Mingəçevir şəhər 11 saylı tam orta məktəbdə alıb. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alıb. 2019-cu ildə MİQ müsabiqəsində iştirak edərək Bakı şəhər 195 saylı tam orta məktəbə işə qəbul olunub.
Sabənli Röyalə Taleh qızı 01 iyun 1997-ci ildə Bərdə rayonunda anadan olub . 2004-cü ildə Tumaslı kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub.2013-cü ildən Qarayusifli kənd tam orta məktəbində davam etdirib və 2015-ci ildə həmin məktəbi bitirib. 2015-ci ildə ADPU-nun Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. 2019-cu ildə həmin universiteti bitirib. 2019-2022-ci illərdə Ağcabədi rayon Aran kənd O.Mirzəyev adına 2 saylı ümumi orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 2021-2022-ci ildə Fəza hazırlıq kursunda işləyib. 2022-ci ildən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
Nəhmətova Xəyalə İlham qızı 13 aprel 1995-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində anadan olub. 2002-2007-ci illərdə Qobustan qəsəbəsi Y.Əliyev adına 195№ li tam orta məktəbdə, 2007-2013-cü illərdə həmin qəsəbənin 321 nömrəli tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Komputer Elmləri ixtisasına daxil olub. 2017-ci ildə həmin ali məktəbi fərqlənməı diplomu ilə bitirib. 2017-2019-cu illərdə magistr pilləsi üzrə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasına daxil olub. 2019-cu ildə bitirib. 2021-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Y. Əliyev adına 195 №li tam orta məktəbdə inormatika müəllimi işləyir.
Ələkbərova Aysel Həsən qızı 1992-ci il 31 oktyabr Bakı şəhərində anadan olub. 1999-cu il Bakı şəhərində yerləşən 239 nömrəli tam orta məktəbə daxili olub. 2010-cu il 132 nömrəli tam orta məktəbi bitirib. 2010-cu il Bakı Dövlət Universitetin Mexanika Riyaziyyat fakültəsinin Riyaziyyat müəllimi ixtisasına qəbul olub. 2014- cü il bakalavr pilləsini basa vurub, magistratura təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi ( qiymətli kağızlar üzrə) üzrə davam etdirib. 2016-cı ildə magistratura pilləsini bitirib. 2022-ci ildə Laçın rayon, İmanlar kənd orta məktəbində Riyaziyyat müəllimli kimi müddətli müqavilə əsasında çalışıb. 2023-cü ildən Yusif Əliyev adina 195 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi işləyir.
Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...
2015-ci ildə King boks üzrə Dünya kubokunun qalibi. 24 avqust 2012-ci il "Free Fighting" peşəkar idman klubunda 1-ci yer 26.07.2013-cü ildə "Cənub" peşəkar idman klubunda 1-ci yer 02.03.2013-cü ildə "Qafqaz" peşəkar idman klubunda 1-ci yer 24.12.2014-cü ildə "Qartal" peşəkar idman kubunda 2-ci yer 31.12.2015-ci ildə Azərbaycan Budo döyüş növləri federasiyasında 1-ci yerin qalibi olmuşdur.
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi