https://bakimektebleri.edu.az/195/az/teachers/1/

Şakir Abdullayev Şahin
Müəllim

- Şakir Abdullayev Şahin
- Vəzifə: Müəllim
- Fənn: İnformatika, Steam, Rəqəmsal bacarıqlar
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti
- Təvəllüd: 14.04.2000
- İlk fəaliyyət ili: 16.09.2024
- E-mail: [email protected]
Abdullayev Şakir Şahin oğlu 14 aprel 2000-ci il tarixində Qəbələ rayon Abrıx kəndində anadan olub. 2006-cı ildə Abrıx kənd tam orta məktəbin 1-ci sinifinə daxil olub və 2017-ci ildə həmin məktəbi bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsinin informatika müəllimliyi ixtisasına qəbul olub. Universiteti bitirdikdən sonra Yardımlı rayon Gölyeri kənd ümumi orta məktəbində və Qəbələ rayon Kürd kənd tam orta məktəbində informatika müəllimi olaraq işləyib. 2024-cü ildən Qaradağ rayon Qobustan qəsəbəsi Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbində informatika müəllimi işləyir.

Orxan Mehdiyev Bəxtiyar
Müəllim

- Orxan Mehdiyev Bəxtiyar
- Vəzifə: Müəllim
- Fənn: Azərbaycan tarixi, Ümumi tarix
- Bitirdiyi təhsil müəssisəsi: Lənkəran Dövlət Universiteti
- Təvəllüd: 30.12.1990
- İlk fəaliyyət ili: 17.09.2017
- E-mail: [email protected]
Mehdiyev Orxan Bəxtiyar oğlu 30 dekabr 1990-cı ildə Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə oxuyub. 2009-2014-cü illərdə Lənkəran Dövlət Universitetinin Tarix müəllimliyi ixtisası üzrə bakalavr, 2015-2017-ci illərdə ADPU-nin Tarixin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr təhsili alıb. 2017-2024-cü illərdə Bakı şəhəri Qızıldaş qəsəbəsi A.Namazov adına 180 nömrəli məktəbdə tarix müəllimi vəzifəsində işləyib. 2024-cü ildən Qaradağ rayonu Qobustan qəsəbəsi Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə Tarix müəllimi işləyir.

Əzizə Məmmədova Əziz
Müəllim

- Əzizə Məmmədova Əziz
- Vəzifə: Müəllim
- Fənn: Musiqi
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Musiqi Akademiyası
- Təvəllüd: 25.04.2001
- İlk fəaliyyət ili: 16.09.2024
- E-mail: [email protected]
Məmmədova Əzizə Əziz qızı 25 aprel 2001-ci il tarixində Ağdaş şəhərində anadan olub. 2007-ci ildə Ağdaş şəhər M.İsayev adına tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2016-cı ildə həmin məktəbi bitirib. 2016-cı ildə Şəki Dövlət Regional Kollecinin tarix-nəzəriyyə fakültəsinin musiqi nəzəriyyəsi ixtisasına qəbul olub, 2020-ci ildə təhsilini bitirib. 2020-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin musiqi müəllimliyi ixtisasına qəbul olub, 2024-cü ildə təhsilini bitirib. 2024-cü ildən Qaradağ rayonu Qobustan qəsəbəsi Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə Musiqi müəllimi işləyir.