Kiçik Akademiya

Kiçik akademiyanın təqdimatı 29 fevral 2024-cü il tarixində Kiçik Akademiyanın prezidenti Bahar Paşayevanın təşkilatçılığı ilə VIII sinif şagirdləri Qurban Ağayev və Nərgiz Orucəliyevanın təqdimatında ifrazat sistemi orqanları, böyrəyin daxili quruluşunun anatomik təsvirini verdilər. Onlar ifrazat sistemi haqqında geniş məlumat verdikdən sonra böyrəyin daxili quruluşunun təsvirini təqdimatda iştirak edən müəllim və şagird kollektivinə nümayiş etdirdilər. Təqdimatda iştirak edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Əsədova şagirdlərə öz gələcək həyatlarında uğurlar arzuladı və töhfələrini verdi. Təqdimat iştirak edən hər kəs tərəfindən maraqla qarşılandı.

Ətraflı

Kiçik akademiyanın təqdimatıRəqəmsal və Steam bacarıqlarının üzvü 7a sinif şagirdi Əlizadə Uğur Elvin oğlunun hazırladığıı "Danışan Robort "un təqdimatı keçirildi. Hazırlanmış maket robot ətrafdan zəhərli qaz qoxusunu və alov tüstüsünü hiss edir. Həmçinin danışa, suallara cavab verməyi bacarır.

Ətraflı

Kiçik akademiyanın təqdimatı23 may 2023-cü il tarixində BŞTİ-nin müvafiq əmri ilə Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya təqdimatları" adlı Qaradağ Rayon Konfransı təşkil olunmuşdur. Konfrans zamanı Qaradağ rayonu məktəblərinin Kiçik Akademiyaları, müxtəlif bölmələrindən olan akademistlər elmi rəhbərlərinin dəstəyi ilə elmi təqdiqat işlərini təqdim etdilər. Tədbir zamanı məktəbimizin IXc sinif şagirdi Yüzbaşova Günay öz təqdimatını nümayiş etdirdi. Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında akademik əlaqələrin genişləndirilməsi məqsədilə “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi BŞTİ-nin əsas fəaliyyət istiqamətlərindəndir. Bakı şəhərinin inzibati rayonları üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya” daxilində həyata keçirilən işlərin təqdimat və müzakirəsini təşkil etməkdə əsas məqsəd “Kiçik Akademiya” üzvlərinin sayının müntəzəm olaraq artırmaq, fərqli məktəblərdən olan “Kiçik Akademiya” üzvlərinin təcrübə mübadiləsi aparmaqdır.Tədbirin sonunda akademistlərə "Təşəkkürnamə"lər təqdim edildi.

Ətraflı

Kiçik Akademiyanın Təbiət fənni üzrə təqdimatı17 Yanvar 2022- ci il tarixində Kiçik Akademiyanın prezidenti Şəbnəm Xəlilovanın təşkilatçılığı ilə X c sinif şagirdlərinin təqdimatında “Təbiət fənləri” bölməsinin növbəti təqdimatı keçirildi.Şagirdlərimiz bu dəfə “Enerji”mövzusu ətrafında geniş müzakirələr apardılar.Həmçinin şagirdlər enerjinin növləri və saxlanma qanunları haqqında araşdırmalar apardılar.Real həyatda enerjiyə aid nümunələr çəkildi.Təqdimatda məktəbimizin fizika müəllimləri və digər fənn müəllimləri iştirak etdi.Təqdimatı keçirməkdə məqsəd “Enerji”mövzunda şagirdlərə ətraflı məlumat verməkdir.

Ətraflı

Kiçik Akademiyanın təqdimatıKiçik Akademiyanın Xarici Diller bölmesinin üzvü Murtuzayeva Lalenin ingilis dili fənninden təqdimatı oldu.Teqdimat dahi Azərbaycan şairi ve mütəfəkkiri Nizami Gəncəvinin 880illik yubiləyinə həsr olunmuşdur.Ingilis dilində hazirlanmiş bu təqdimatda şagirdimiz çalışırki dahi Azərbaycan şairi haqqında məlumatları izləyicilərə çatdırsın.Burada şairin həyat ve yaradıcılığı haqqında melumatlar,eserleri haqqında geniş melumat ve əsərlərındən nümunələr səsləndirilib.

Ətraflı

Kimyaçı şagirdlərin təqdimatlarıNoyabrın 1-də məktəbimizdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş fəaliyyət planını 1.1.1.14 (“Kiçik Akademiya” nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması) bəndinə əsasən məktəbin Kimya müəllimi Fəxrənsə Allahmanlının rəhbərliyi ilə Kiçik Akademiyanın Kimya bölməsinin şagirdləri “Gündəlik məişətdə və aptekdə rastlaşa biləcəyimiz maddələr və onlarla təcrübələr” adlı təqdimatla çıxış etdilər. Onlar bu maddələr haqqında geniş məlumat verdikdən sonra bu maddələrlə reaksiyalar apardılar. Şagirdlər təqdimat üçün öncədən hazırladıqları divar qəzetini də təqdim etdilər. Şagirdlər bu maddələrin zəhərli və ya xeyirli təsirinin onun miqdarından asılı olduğunu, bu maddələrdən istifadə zamanı təhlükəsizlik texnikalarına diqqət edilməli olduğunu qeyd etdilər. Bu tipli təqdimat və təcrübələrin keçirilməsinin məqsədi yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünün inkişaf etdirilməsidir. Şagirdlər və müəllimlər bu təqdimatı maraqla qarşıladılar.

Ətraflı

Kiçik Akademiyanın təqdimatıMəktəbin İllik Fəaliyyət Planının 3.2.1-ci bəndinə müvafiq olaraq 23.10.2019-cu il tarixində Kiçik Akademiyanın ingilis dili bölməsinin üzvü Gülüstan Əzizlinin təqdimatı keçirildi. Gülüstan Əzizli bir neçə müddətdir tədqiqat apardığı “Əvəzliklər” adlı tədqiqat işini təqdim etdi. O həmçinin hazırladığı slaydı nümayiş etdirdi və digər  üzvlərə öz suallarını  həm şifahi, həm də yazılı formada təqdim etdi. Tədqiqat orada iştirak edən hər kəs tərəfindən maraqla qarşılandı. Sonda çıxış edən məktəbin direktoru Laçın Hüseynli uğurlu tədqiqatına görə Gülüstan Əzizlini təbrik etdi və gələcəkdə belə araşdırmalarını artırmağı tövsiyyə etdi.

Ətraflı

"Kiçik Akademiya"nın üzvü M.Xədicənin təqdimatıBir neçə aydır ki, məktəbimizdə təssis olunan "Kiçik Akademiya" fəaliyyət göstərir. Artıq akademiyanın fəal şagird üzvlərinin müktəlif mövzularda təqdimatları keçirilib. Bu gün isə "Kiçik Akademiya"nın üzvlərindən olan IX sinif şagirdi Mustafalı Xədicənin hazırladığı "Pifaqor teoreminin əyani izahı" mövzusunda təqdimat baş tutdu.Təqdimatda məktəb rəhbərliyi, fənn müəllimləri və IX -X sinif şagirdləri iştirak etdilər.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN NÖVBƏTİ ARAŞDIRMASI"Kiçik Akademiya" nın xarici dillər bölməsinin şagird üzvlərinin təşkilatçılığı ilə Viliam Shakesperin 455 -ci il dönümünə həsr olunmuş təqdimat keçirilib.Tədbirdə məktəb rəhbərliyi və fənn müəllumləri də iştirak etdilər. İlk öncə akademiyanın üzvləri yazıçının həyat və yaradıcılığını tam araşdıraraq hazırladıqları materialları izıəyicilərin nəzərinə çatdırdılar.Tədbirdə dramaturqun "Romeo və Juliet","Otello" əsərlərindən parçalar, şairin şerlərindən nümunələr səsləndirildi, videoçarxlar nümayiş olundu.

Ətraflı

"Kiçik Akademiya"nın üzvləri vətənpərvərlik mövzusunda təqdimatıAprelin 4 - də "Kiçik Akademiya"nın üzvləri vətənpərvərlik mövzusunda təqdimat keçirib. İngilis dilində aparılan təqdimatlar xüsusilə "Xocalı faciəsi"nə, "31 mart soyqırımı"na və "Aprel şəhidləri”nə həsr olunub. "Kiçik Akademiya"nın prezidenti ingilis dili müəllimi Şəbnəm Xəlilova elmi - tədqiqat işlərinə meyilli olan şagirdlərə gələcəkdə daha zəngin və prespektivli araşdırma aparmaları barədə tapşırıqlar verib. Aprelin 4 - də "Kiçik Akademiya"nın üzvləri vətənpərvərlik mövzusunda təqdimat keçirib. İngilis dilində aparılan təqdimatlar xüsusilə "Xocalı faciə"sinə (https://www.youtube.com/watch?v=YhfGMHnhawI),"31 mart soyqırımı"na (https://www.youtube.com/watch?v=Q3iUNcFZWjw) və "Aprel şəhid"lərinə (https://www.youtube.com/watch?v=uWQfsT7kjVs) həsr olunub. "Kiçik Akademiya"nın prezidenti ingilis dili müəllimi Şəbnəm Xəlilova elmi - tədqiqat işlərinə meyilli olan şagirdlərə gələcəkdə daha zəngin və prespektivli araşdırma aparmalırı barədə tapşırıqlar verib.

Ətraflı

MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMAT28 fevral 2019 - cu il tarixdə məktəbimizdə "Kiçik Akademiya"nın təsis edilməsi ilə bağlı ilk iclası keçirilib. İclasda məktəbin direktoru, təlim - tərbiyə işləri üzrə direktor muavinləri, metodbirləşmə rəhbərləri və fənn müəllimləri də iştirak ediblər. Məktəbin direktoru çıxış edərək Azərbaycan Respublikasının təhsil nazirinin 21.01.2008 - ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş "Kiçik Akademiya" haqqında əsasnamənin tələblərini müəllim heyətinin nəzərinə çatdırdı. Həmçinin “Kiçik Akademiya”nın məqsəd və vəzifələri, struktur və fəaliyyət istiqamətləri, təsis olunması və idarəetmə orqanları haqqında geniş məlumat verdi. Laçın müəllim qeyd etdi ki, “Kiçik Akademiya”nın yaradılması yaradıcı və tədqiqatçılıq bacarıqları olan müəllim və şagirdlərin fəaliyyətini situmullaşdıran vasitə olacaq, digər tərəfdən istedadlı şagirdlərin  elmi dünyagörüşünün və öz potensialını artırmağa daha əlverişli şərait yaradacaq. Fənn müəllimləri də öz növbəsində məktəbdə “Kiçik Akademiya”nın yaradılmasının həm şagirdlərin böyük marağına səbəb olacağını, həm də müəllimlərin istedadlı şagirdlərlə iş birliyinin formalaşmasında böyük əhəmiyyəti olduğunu bildirdilər. Müzakirələrdən sonra "Kiçik Akademiya"nın şurası seçildi. Şuranın tərkibinə “Kiçik Akademiya” haqqında əsasnamənin 7.2- ci bəndinə uyğun olaraq "Kiçik Akademiya"nın prezidenti, onun muavinləri və bölmə rəhbərləri daxil edililərək şuranın adlı siyahıdan ibarət tərkibi elan olundu. Beləliklə, şuranın tərkibi sadə səsvermə yolu ilə aşağıdakı kimi təsis olundu. Məktəbin ingilis dili müəllimi Xəlilova Şəbnəm Ələmşah qızı  "Kiçik Akademiya"nın prezidenti, kimya müəllimi Allahmanlı Fəxrənsə və tarix müəllimi Eyvazova Nüşabə Qiyas qızı  vitse - prezidentlər oldu. Riyaziyyat müəllimi Teymurov Vasif Yusif oğlu Riyaziyyat – iformatika üzrə, tarix müəllimi Kimyaxanım Zülfüqarova hümanitar sahə üzrə,  İngilis dili müəllimi Təzəgül Eyyubova xarici dillər üzrə, fizika müəllimi Elnarə Nəcəfzadə təbiət fənləri üzrə, texnologiya müəllimi Validə Niftəliyeva texniki sahə üzrə, Azərbaycan dili müəllimi Gözəl Həsənova Azərbaycan dili və etnoqrafiya üzrə bölmə rəhbərləri təyin olundu. Bundan sonra “Kiçik Akademiya”nın şurası əsas fəaliyyət istiqamətlərini müəyyən edərək iş planlarını müzakirə  etdi. Eyni zamanda bölmə rəhbərlərinə könüllü və istedadı ilə fərqlənən şagirdlərdən ibarət fəal üzvlərin cəlb olunması və bu istiqamətdə müvafiq lazimi tədbirlərin yerinə yetirilməsi tapşırıldı. Məktəbimizdə "Kiçik Akademiya"nın yaradılmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması və onlarda elmi dünyagörüşünün formalaşdırılması istiqamətində fəaliyyətin təşkilini təmin etmək, "Kiçik Akademiya"ya üzv olan fəal şagirdlərin hədəf və məqsədlərinin reallaşdırılması istiqamətində peşəkar müəllimlərin köməyindən istifadə etməkdən ibarətdir.   Qeyd edək ki, "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018 - ci il tarixli, F - 550 nömrəli əmrinin 2.6 - cı bəndinin icrasını təmin etmək üçün  istedadlı şagirdlərlə aparılan işləri tənzimləmək məqsədi ilə məktəbin İllik Fəaliyyət Planına uyğun Tədbirlər Planı hazırlanmışdır. Məktəbin İllik Fəaliyyət Planına və Bakı Şəhər üzrə Təhsil İdarəsinin 29 yanvar 2019 - cu il tarixli F - 67 nömrəli əmri ilə təsdiq olunmuş "Ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq məktəbdaxili müvafiq qaydada əmr imzalanmış və icrası üçün müvafiq qaydada Tədbirlər Planı təsdiq olunmuşdur.

Ətraflı
HAQQIMIZDA

Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...

BİZİM FƏXRLƏRİMİZ

Sehri Şəfiyeva Elmurad

Zərxanım Nəhmətova Çingiz

HAQQIMIZDA

Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...

BİZİM FƏXRLƏRİMİZ

Sehri Şəfiyeva Elmurad

Zərxanım Nəhmətova Çingiz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi