İbrahimova Nailə Əkbər qızı 1962-ci il fevralın 12-də Kəlbəcər rayonunda anadan olub.Həmin rayonun 1№ li orta məktəbinin 1-ci sinfinə daxil olub,həmin məktəbi bitirib.1981-ci ildə S.M.Kirov adına ADU-nun kitabxanaşünaslıq və biblioqrafiya fakultəsinə qəbul olub,1986-cı ildə universiteti bitirib.1992-ci ildən isə Yusif Əliyev adına 195№ li orta məktəbdə işləyir.1999-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna daxil olub,2000-ci ildə isə bitirib.Həmin ildən hazırki dövrə qədər ibtidai sinif müəllimi kimi çalışır.
Əliyeva Şəhla Sabir qızı 1962-ci il avqustun 5-də Hacıqabul rayonunun Navahı kəndində anadan olub.1969-cu ildə Navahı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub,1979-cu ildə həmin məktəbin 10-cu sinfini bitirib.1979-cu ildə V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, 1983-cü ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirib.2002-ci il fevralın 26-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna daxil olub,2002-ci il avqustun 27-də ibtidai təhsil ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirib.Hal-hazırda 195№-li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.
Tağıyeva Kəmalə Kamal qızı 20 may 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə 223№li məktəbin I sinfinə qəbul olub,1993-cü ildə həmin məktəbi bitirib. Həmin il N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin ibtidai təhsilin pedaqogika və metodikası fakültəsinə daxil olub. 1998-ci ildə həmin universiteti bitirib. 1993-1995-ci illərdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbdə UTB rəhbəri,1995-ci ildən isə İbtidai sinif müəllimi kimi işləyir.
Mirzəyeva Seyidxanım Əli qızı 1977-ci il oktyabrın 6-da Neftçala şəhərində anadan olub. 1984-cü il N.Gəncəvi adına 3№li orta məktəbin I sinfinə qəbul olub. 1994-cü ildə orta məktəbi bitirib. Həmin il Gəncə şəhəri Məişət Xidməti Kollecinə daxil olub. 1996-cı ildə həmin kolleci bitirib. 1998-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbdə İbtidai sinif müəllimi işləyir.
Kərimova Ruqiyyə Allahverdi qızı 1980-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə 223№li məktəbin I sinfinə daxil olub, 1997-ci ildə həmin məktəbi bitirib. 1998-ci ildə Gəncə Məişət Xidməti Kollecinin ibtidai sinif müəllimi fakültəsinə daxil olub. 2000-ci ildə həmin kolleci bitirib. 1999-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbdə İbtidai sinif müəllimi işləyir.
Əliyeva Rada Bəybala qızı 1967-ci il oktyabrın 3-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbin I sinfinə qəbul olub. 1984-cü ildə 223№li orta məktəbin 10-cu sinfini bitirib. 1998-ci ildə Gəncə Məişət Xidməti Kollecinin İbtidai sinif müəllimi fakültəsinə daxil olub, 2001-ci ildə həmin kolleci bitirib. 1999-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Y. Əliyev adına 195 №li tam orta məktəbdə İbtidai sinif müəllimi işləyir.
Zahidova Sahibə Sübhi qızı 1968-ci ildə mayın 22-də Gəncə şəhərində anadan olub. 1975-1985-ci illərdə orta məktəbi bitirib. 1998-ci ildə M.Ə.Sabir adına Dövlət Pedoqoji texnikumuna qəbul olub.1999-cu ildən bu günə qədər Qobustan qəsəbəsi Y.Əliyev adına 195 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
Əlaqəli xəbərlər
Məktəbdaxili nizam-intizam
Hüseynova Süsən Ağaxan qızı 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Qobustan qəsəbəsindəki 223 nömrəli orta məktəbi bitirib. 1994-cü ildə M.Ə. Sabir adına Şamaxı Mədəni-Maarif Texnikumuna daxil olub. 1997-ci ildə Texnikumu bitirib. 1999-cu ildə Bakı Pedoqoji və Yenidənhazırlanma İnstitutuna daxil olub. 2000-ci ildə həmin institutu bitirib. 1997-ci ildən Qobustan qəsəbəsi Y.Əliyev adına 195 saylı tam orta məktəbdə ibtidai sinif müəllim kimi fəaliyyət göstərir
Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...
2015-ci ildə King boks üzrə Dünya kubokunun qalibi. 24 avqust 2012-ci il "Free Fighting" peşəkar idman klubunda 1-ci yer 26.07.2013-cü ildə "Cənub" peşəkar idman klubunda 1-ci yer 02.03.2013-cü ildə "Qafqaz" peşəkar idman klubunda 1-ci yer 24.12.2014-cü ildə "Qartal" peşəkar idman kubunda 2-ci yer 31.12.2015-ci ildə Azərbaycan Budo döyüş növləri federasiyasında 1-ci yerin qalibi olmuşdur.
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi