Məktəbdaxili nizam-intizam

İbtidai siniflər aylığının tədbirlər planına və məktəbin illik fəaliyyət planının 1.3.12- ci bəndinə müvafiq olaraq yanvarın 23-də 4-cü sinif şagirdləri üçün növbəti toplantı keçirilib. İbtidai sinif müəllimi Sahibə Zahidova şagirdlərə "Məktəbdaxili nizam-intizam" mövzusunda təlimatlar oxudu, əxlaqi və etik mövzularda və eyni zamanda müəllimlərin, sinif yoldaşlarının şərəf və ləyaqətini qorumağın, hörmət etməyin əhəmiyyətindən danışdı.

Sahibə müəllimə şagirdlərə məktəbin infrasturukturunu qorumağın, vətənə layiqli övlad olmağın və valideynlərin adını uca tutmağın yollarını və əhəmiyyətini izah etdi. Qeyd edək ki, belə sinifdənxaric toplantılarda real həyatla əlaqəli mühazirələrin, açıq dərslərin keçirilməsində əsas məqsəd şagirdlərə milli mədəniyyətimizi qoruyub saxlamaq, həmyaşıdlarına, böyüklərə, özlərindən kiçik və yaşlı insanlara sevgi və mərhəmət hislərini formalaşdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi