X siniflərdə Böyük Summativ Qiymətləndirmə keçirildi

03 iyun 2025-ci il tarixində məktəbin X siniflərində Böyük Summativ Qiymətləndirmə imtahanları keçirildi. Böyük Summativ Qiymətləndirmənin keçirilməsində məqsəd fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin təhlili, şagird nailiyyətinin yüksəldilməsi üçün düzgün planlaşdırma aparmaq, fənn standartlarının hansı səviyyədə reallaşmasını aşkar etməkdir. Bu qiymətləndirmə, təlimatın sonunda şagirdlərin müəyyən bir fənn üzrə nə qədər məlumat qazandıqlarını müəyyənləşdirmək məqsədi ilə keçirilir.