Son zəng

Bu gün Respublikamızın bütün məktəblərində olduğu kimi 195 nömrəli tam orta məktəbdə də ,,Son zəng" tədbiri keçirildi, son zəngin sədaları eşidildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbidə daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhramanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Tədbirdə məktəb rəhbərliyi,qəsəbə nümayəndəliyi, şəhid ana və bacıları, müəllim və valideyinlər iştirak etdilər. Məzunlarımızı təbrik üçün ilk çıxış məktəbimizin direktoru Kamalə Əsədovaya verildi. O, ilk öncə tədbirdə iştirakçılarını salamlayıb daha sonra məzunlarımızı, onların valideyinlərini təbrik etdi, daha sonra Qəsəbə nümayəndəsi Tarverdi müəllim, digər qonaqlar və müəllimlər də hər biri məzunlarımızı təbrik edərək öz ürək sözlərini bildirdilər. Məzunlarımız biri-birindən maraqlı, rəngarəng ,vətənpərvər və milli ruhda çıxışları ilə tədbiri daha da gözəlləşdirdi.Son zəngin sədaları ilə tədbirimiz yekunlaşaraq məzunlarımıza əlvida söylənildi. Hər bir məzunumuza uğurlar arzulayır, yolunuz açıq olsun deyirik!