Riyaziyyat fənnindən "Açıq dərs"

Riyaziyyat aylığı ilə əlaqədar olaraq 11 Dekabr 2017-ci il tarixində məktəbin riyaziyyat müəllimi Güllər Məmmədovanın təqdimatında 8a sinfində “Açıq dərs” keçirildi. “Açıq dərs”in mövzusu “Pifaqor teoreminin tətbiqi” idi. Dərsdə məktəbin direktoru və digər fənn müəllimlər də iştirak edirdi. Dərsdə şagirdlər 3 (üç) qrupa bölünmüşdü: romb, paralelqram, düzbucaqlı üçbucaq. Fəal təlimin tələblərinə uyğun olan dərsdə şagird rollu oyunlarla, beyin həmləsi, cütlərlə iş və qrup işləri ilə müəllimin suallarını cavablandırmağa çalışdılar. Riyaziyyat fənninin digər fənlərə inteqrasiyası zamanı şagirdlərin fəallığı aktiv müşahidə olundu. Qrup işlərində şagirdlərin bir-birləri ilə əməkdaşlığı, tapşırığı vaxtında yerinə yetirməsi və düzgün cavablandırılması qiymətləndirildi. Ümumiləşdirmə aparmaqla dərs sona çatdı. “Açıq dərs” məktəb rəhbərliyi və dərsi dinləyən müəllimlərlə müzakirə olundu və çatışmamazlıqların əməkdaşlıq şəraitində aradan qaldırılması, eyni zamanda uğurlu təcrübənin yayılması planlaşdırıldı.

            Qeyd edək ki, “Açıq dərs”lərin keçirilməsində əsas məqsəd şagirdlərin təlim nailiyyətlərini artırmaq və müəllimlərin peşəkarlıq səviyyəsinin aşkara çıxarılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi