Zamanın idarə olunması

Dekabr ayının 25-də 7d sinfində məktəbimizin Azərbaycan dili müəllimi Leyla Nəcəfovanın təqdimatında “Zamanın idarə olunması” mövzusunda açıq dərs keçirildi. Dərsdə fənn müəllimləri ilə yanaşı məktəb rəhbərliyi də iştirak edirdi. Müəllim əvvəlcə şagirdlərə Aristotel və İskəndər arasında mövcud olmuş itirilmiş zamana aid bir dialoqu danışdı. Sonra şagirdləri mətnə münasibət bildirməyə çağırdı. Şagirdlər bir-birindən maraqlı fikirlər bildirdilər. Daha sonra şagirdlər zamanın dəyəri haqqında maraqlı fikirlər bildirdilər. Bundan başqa dərsdə şagirdlərə bir neçə suallar verildi. Şagirdlər verilmiş suallara həm qrup halında, həm də fərdi şəkildə cavab verdilər. Sonda dərs məktəb rəhbərliyi tərəfindən müzakirə olunaraq irad və təkliflər bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi