Fizika fənnindən "Açıq dərs"

29 Dekabr 2017-ci il tarixində məktəbin fizika müəllimi Elnarə Nəcəfzadənin təqdimatında 10A sinfində “İş və Enerji” mövzsunda “Açıq dərs” keçirildi. Dərsdə məktəbin direktoru L. N. Hüseynli və digər ixtisas müəllimləri də iştirak etdilər. Şagirdlər dərsdə iş, enerji, kinetik enerji və potensial enerji olaraq dörd qrupa bölünmüşdülər. Dərs zamanı şagirdlərə beş qrup tapşırığı verildi. Fəal təlimin xüsusiyyətlərinə əsaslanan dərsdə şagirdlər müəllimin suallarını maraqla cavablandırdılar. Sonda müəllim qrupların qiymətləndirilməsini apardı. Qiymətləndirməyə əsasən kinetik enerji qrupu ən fəal qrup hesab olundu. Dərs məktəb rəhbərliyi tərəfindən dərsi izləyən fənn müəllimlərinin iştirakı ilə müzakirə edildi, irad və təkliflər bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi