Fizika fənnindən "Açıq dərs"

Bu gün məktəbimizdə Elnarə Nəcəfzadənin təqdimatında 7ç sinfində fizika fənnindən “Açıq dərs”  keçirildi. Dərsdə məktəbin direktoru, fənn müəllimləri iştirak etdilər. Dərs krassvodrla köhnə dərslərdən suallar verilməklə bugünki dərsin mövzusunu açmaqla başlandı. Şagirdlər dərsin mövzusuna uyğun qrup adları götürməklə 3 qrupa bölündü : qüvvə, deformasiya, sərtlik və qrup işləri verildi. Qrup liderləri qruplarının işlərini lövhədə təqdim etdilər. Müəllimə dərsə uyğun videoçarx təqdim etdi və şagirdlərə videoçarxa aid suallar verdi. Müzakirələrdən sonra qrupların qiymətləndirilməsi başlandı. Qruplar qrup işlərinin vaxtında təqdim edilməsinə, düzgünlüyünə, əməkdaşlıqlarına görə qiymətləndirildilər. Sonda açıq dərs məktəb rəhbərliyi tərəfindən müzakirə olundu və qənaətbəxş qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi