Adi və onluq kəsrlər mövzusunda “Açıq dərs” keçirildi

Dekabrın 21-də məktəbimizin riyaziyyat müəllimi Rəmziyyə Soltanovanın təqdimatında “adi və onluq kəsr”lər mövzusunda “Açıq dərs” keçirildi. 5b sinfində təşkil olunmuş “Açıq dərs”də məktəbin direktoru Laçın Hüseynli, 223 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şirsoltan Soltanov və məktəbimizin digər fənn müəllimləri də iştirak edirdi.
Şagirdlər müəllimin tapşırıqlarını müxtəlif formalarda cavablandıraraq həll etdilər. Şagirdlərin böyük marağına səbəb olan “Açıq dərs” yekunda düzgün cavablandırma, əməkdaşlıq, münasibət bildirmə və vaxtında cavab vermə meyarlarına görə qiymətləndirildi. Sonda dərs müzakirə edilərək irad və təkliflər bildirildi, qənaətbəxş qiymətləndirildi.