Məktəbdə Milli Musiqi Günü keçirilib

18 sentyabr dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunur. 1995-ci ildən bəri dahi bəstəkarın doğum günü respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir. 
Üzeyir Hacıbəyli  Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur.
Məktəbimizdə musiqi müəllimləri Şəfiqə Muradova və Kişvərxanım Tağıyevanın təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə müəllim Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra böyük bəstəkarın əsərlərindən parçalar səsləndirib. Daha sonra şagirdlərin hazırladığı videoçarxlar nümayiş olunub. Şərqdə ilk operanın yaradıcısı olan Üzeyir Hacıbəylinin "Koroğlu” , “Leyli və Məcnun” , operalarından və musiqili komediyalarından söz açılıb və parçalar səslənib.
Tədbirdə musiqi müəllimi” Xarı bülbül” festifalının Qafqazın Konservatoriyası olan Şuşa şəhərində keçirilməsindən geniş söhbət açıb. Möhtərəm Prezidentimizin  festifaldakı çıxışının videoçarxı nümayış olunub. Bu baxımdan əvvəlki illərdən çox fərqlənən Milli Musiqi Günü münasibəti ilə keçirilmiş tədbir şagirdlərdə böyük qürur və iftixar hissi yaradıb. Tədbirdə iştirak edən məktəbin direktoru Kəmalə Qədirova qeyd edib ki, bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni imza və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi