Məktəbdə birinci siniflərin valideynləri ilə görüş keçirilib

Məktəbdə 1-ci sinif valideynləri ilə görüş keçirilib. Görüş Vətən uğrunda canını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Kəmalə Qədirova çıxışında bildirib ki, bu görüşün əsas məqsədi gələcəkdə valideyn-məktəb əməkdaşlığını gücləndirmək və şagirdlərin təlim-tərbiyə prosesində uğur qazanmasına dəstək olmaq, valideynləri yeni dərs ilinin gedişatı, məktəb qayda-qanunları barədə maarifləndirməkdir. Direktor sonda bildirib ki, belə görüşlər məktəb, valideyn və şagird arasında sağlam körpü yaradır, uşaqların uğurlu gələcəyi , birgə əməkdaşlıq üçün zəmin yaradır.