MƏKTƏBDƏ "BİLİK GÜNÜ" TƏDBİRİ KEÇİRİLİB

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.Sonra torpaqlarımızın işğaldan azad edilməsində canından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Kəmalə Qədirova yeni tədris ilində şagirdlərə uğurlar arzulayıb, məktəbin nailiyyətlərindən söz açıb. Kəmalə müəllim bildirib ki, "Bilik günü" şagirdlər, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də gözəl bir gündür. Məktəbin direktoru çıxışında qeyd edib ki, 2025- ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Dövlət quruculuğu, torpaqlarımızın işğaldan tam azad edilməsi, müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlər cənab İlham Əliyevin fəaliyyət strategiyasında son məqsəd deyil. Dövlətin möhkəmləndirilməsi cənab prezident üçün bir nömrəli vəzifədir və o, bizim müstəqil iqtisadi siyasətimizin və milli mənəviyyatımızın təminatçısıdır. Qoy bu zəng hamımız üçün, bütün xalqımız üçün uğur sədası olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi