MƏKTƏBDƏ PEDAQOJİ ŞURA KEÇİRİLİB

Məktəbdə pedaqoji şuranın iclası keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji kollektivə yeni tədris ilində uğurlar arzulayıb. Pedaqoji şuranın 2025-2026-cı tədris ili üzrə yeni idarə heyətinin (sədr və katibin) seçilməsi, məktəbin iş rejimi,  zəng cədvəli və növbətçilik cədvəli müəyyənləşdirilib. Məktəbin direktoru 2024-2025-ci tədris ilinin nəticələri və 2025-2026-cı tədris ili üzrə qarşıda duran əsas məsələlər  barədə çıxış edib.Pedaqoji şurada məktəbin 2025-2026-cı tədris ili üzrə illik fəaliyyət planının, o cümlədən pedaqoji şuranın, direktor müavinlərinin, psixoloqun, hərbi rəhbərin,  kitabxana müdirinin,  UBTR-in illik fəaliyyət planlarının müzakirəsi olub. Eyni zamanda məktəb üzrə siniflərin komplektləşdirilməsi,  I (bir) və  X (onuncu) siniflərə şagird qəbulu barədə, müəllimlərin  2025-2026-cı tədris ili üzrə dərs yükünün müəyyənləşdirilməsi, cari dərs ili üzrə sinif rəhbərlərinin təyini, metodşuranın və fənn metodbirləşmə   rəhbərlərinin seçilməsi olub. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova fərdi təhsilin, günüuzadılmış qrupun, məktəbəhazırlıq qruplarının təşkili, cari dərs ilində BSQ-nin aparılması barədə çıxış edib. Məktəbin direktoru IV və VI siniflərində MÜTDA tərəfindən təşkil olunmuş monitorinqin, IX siniflərin buraxılış imtahanlarının nəticələri barədə danışıb. Məktəbin kitabxanaçısı Cəmilə Bayramova cari dərs ilində şagirdlərin dərsliklərlə təminatı barədə çıxış edib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi