MƏKTƏBDƏ METODBİRLƏŞMƏLƏRLƏ İCLAS KEÇİRİLİB

Məktəbdə metodbirləşmələrlə iclas keçirilib. İclasda məktəbin direktoru, direktor müavinləri, metodbirləşmə rəhbərləri iştirak ediblər. Məktəbin direktoru Kəmalə Qədirova çıxışında metodbirləşmənin təhsil proqramlarının metodiki təminatının təkmilləşdirilməsinə imkan verən məktəbin daxili struktur bölməsi olduğunu və müəllimlərin peşəkarlığının artırılmasına xidmət etdiyini bildirib. Metodbirləşmənin fəaliyyətinin planlaşdırılmasının bir çox xarici və daxili faktorlardan asılı olduğunu, bura müasir kurikulumlar, onların qarşısında duran məqsəd və vəzifələrin də daxil olduğunu qeyd etdi. Kəmalə xanım çıxışında fənn metodbirləşmələrin diqqətinə çatdırdı ki, metodbirləşmə rəhbəri metodbirləşmənin fəaliyyətini məktəbin fəaliyyət planına uyğun planlaşdırmalıdır. İclasda direktor müavinləri qarşıda duran vəzifələrdən danışdılar. Sonda məktəbin direktoru bildirdi ki, metodbirləşmələrin işinə şagird nailiyyətlərinin izlənilməsi istiqaməti üzrə işlər, illik dərs planlaşdırmalarının müzakirəsi və təsdiqi, məktəbdaxili qiymətləndirmə vasitələrinin hazırlanması və təşkili üçün daimi komissiyanın yaradılması, fənn aylıqlarının təşkili daxildir. Metodbirləşmənin fəaliyyətinin bu istiqamətlər üzrə düzgün qurulması bir çox istiqamətlərdə keyfiyyətin qalxmasına gətirib çıxardır.