Pedaqoji şuranın növbəti iclası keçirilib

Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji kollektivi gündəlikdə olan məsələlərlə tanış edib.Sonra BŞTİ-nin materialları əsasında 3-cü siniflərdə keçirilən monitorinqin nəticələri barədə məruzə edib.Nəticələr təhlil olunub.Sonra Kəmalə müəllim BSQ 2-nin aparılması və nəticələri barədə danışıb.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova 2-ci yarımilin nəticələri haqqında , 1-4, 5-8 və 10-cu sinif şagirdlərinin növbəti siniflərə keçirilməsi barədə çıxış edib.Nazimə müəllim eyni zamanda ilin nəticəsinə görə şagirdlərin yay tədris tapşırığı alması, ilin nəticəsinə görə təkrar sinifdə saxlama, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi barədə geniş çıxış edib.Məktəbin direktoru ümumi orta təhsil və tam orta təhsil haqqında attestatların verilməsi barədə danışıb .Sonra pedaqoji şurada direktor müavinlərinin, təşkilatçının, psixoloqun hesabatları dinlənilib.Görülən işlər barədə danışılıb.Nazimə müəllim sinif jurnallarının işlənməsi vəziyyəti barədə çıxış edib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.