“SON ZƏNG “ TƏDBİRİ KEÇİRİLİB

Bu gün respublikamızda bütün ümumi təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də “Son zəng” tədbiri keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova məzunları bu əlamətdar gün münasibətilə təbrik edib. Onlara müstəqil həyatlarında uğurlar diəyib. Kəmalə xanım çıxışında bildirib ki, dövlətimizin məktəbə, təhsilə, müəllimə münasibəti Ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kimi fikirlərində öz əksini tapıb. Məktəbin direktoru “Gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə” fərqlənən müəllimləri Fəxri fərmanla təltif edib. Eyni zamanda dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar. Son zəng tədbirində Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin anası Zenfira Tağızadə məzunları təbrik edib. Məzunlara şəhid anası kimi doğma Vətənimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib. Tədbirdə məzunların ibtidai sinif müəllimləri öz ürək sözlərini, təbriklərini bildiriblər. Sonda məzunların rəngarəng çıxışları iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi