Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən tədbir

Məktəbin kitabxanasında Uşaq Birliyinin rəhbəri Bənurə Tağıyeva, kitabxana müdiri Cəmilə Bayramova və kitabxanaçı Tahirə Müslümova 5a ,5b və 6 a sinfinin şagirdləri ilə birgə Heydər Əliyev ili çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən tədbir keçiriblər.Tədbirdə şagirdlərin hazırladıqları təqdimatlar təqdim edilib.Azərbaycanın dövlət kimi formalaşması, çiçəklənməsi naminə çalışan bütün ömrünü xalqının yolunda şam kimi əridən H.Əliyev haqqında hazırlanmış fotostendlər,slaydlar maraqla izlənilib. Şagirdlərin ifasında Ulu Öndəri həsr olunmuş şeirlər,musiqilər səsləndirilib.